Qağayı hücumu nəticəsində aldığı xəsarətlərə görə başlatdığı hüquqi mübarizəni uduzdu (Şotlandiya)
Şotlandiyanın Qrinok şəhərində yaşayan 59 yaşlı Keti Kelli nahar üçün yaxınlıqdakı mağazadan yemək almağa gedərkən işlədiyi biznes mərkəzinin həyətində qəzəbli qağayının hücumuna məruz qalmış, qaçmağa çalışarkən büdrədəyərək ayağını zədələmişdir. Bundan sonra o, bina rəhbərliyinə qarşı onun təhlükəsizliyinə etinasız yanaşaraq ərazidə qağayıların yuva salmasına maneə olmadığına görə 7.000 avro məbləğində təzminat tələbi irəli sürmüşdür. Məhkəmədə dinləmə […]
Yanlış hava proqnozu verən kanalı məhkəməyə verdi (Təl-Əviv)
Təl-Əvivdə bir qadın qeyri-dəqiq hava proqnozuna görə televiziya kanalını məhkəməyə vermişdir. Qadın sinoptiklərin havanın temperaturuna müdaxilə edə bilməyəcəyini yaxşı bilsə də, verilən proqnozun doğruluğuna yenə də inanmışdır. Belə ki, İsrailə məxsus televiziya kanallarının birində yayımlanan hava xəbərlərində havanın günəşli olacağı açıqlanmış, lakin həmin gün güclü yağış yağmışdır. Bədbəxtlikdən nazik geyinən qadın möhkəm soyuqlamış və 4 […]
Uşağa “Nutella” adı qoyula bilməz (Fransa)
Fransada valideynlər adətən uşaqlarının adlarını seçməkdə sərbəstdirlər, lakin yerli prokurorlar qeydə alınması uyğun hesab edilməyən adları ailə məhkəməsinə bildirmək öhdəliyini daşıyırlar. 2015-ci ildə fransız bir cütlük qızlarına “Nutella” adı vermək üçün məhkəməyə müraciət etmişdir. Onlar bu adla qızlarının şokolad yağının şirinlik və məşhurluğunu daşıyacağına ümid edirdilər. Yekun qərarında məhkəmə bu adı uşağın qanuni maraqlarına zidd […]
Həyat yoldaşını “çirkin” körpə dünyaya gətirməsi iddiası ilə məhkəməyə verdi (Çin)
Bir neçə il əvvəl Hon Konqda yerləşən estetik cərrahiyyə klinikalarından biri tərəfindən reklam kampaniyası başladılmışdır. Reklamda göstərilirdi: “Plastik əməliyyatdan sonra narahatlıq duymalı olduğunuz yeganə məsələ bunu ailə üzvlərinizə izah etməyinizdir”. Bəhs edilən reklamın əlaqəli olduğu məhkəmə işi Jian Feng adlı bir şəxsin arvadının evlilikdən əvvəl keçirdiyi gizli plastik əməliyyatlarla bağlıdır. Belə ki, cütlüyün körpələrinin dünyaya […]
Yaşımızı dəyişdirə bilərikmi? (Niderland)
Niderlandda 69 yaşlı şəxs yaşını 20 yaş azaltmaq üçün Arnhem şəhər məhkəməsinə müraciət edərək iddia etmişdir ki, özünü 69 yaşında hiss etmir və hazırkı yaşı onu ayrı-seçkiliyə məruz qoyur. O, əsaslandırmasında qeyd edib ki, “Əgər adımızı dəyişə biliriksə, niyə yaşımızı dəyişə bilməyək?”. Bundan əlavə, iddiaçı yaşını dəyişdirməsi ilə əlaqədar alacağı pensiya və digər müavinətlərinin 20 […]
“54 milyonluq şalvar” işi (ABŞ)
Vaşinqtonda “54 milyon dollarlıq şalvar” işi kimi də tanınan bu iş 2005-ci ildə inzibati məhkəmənin hakimi olan Pearson adlı şəxsin Vaşinqtonda yerləşən camaşırxanalardan birinin sahibi Ki Y. Chung adlı şəxsi məhkəməyə verməsi ilə bağlıdır. İddiaçı camaşırxananın şalvarını itirdiyini və onu oxşar başqa bir şalvarla əvəz etdiyini iddia etmişdir. Cavabdehlər iddiaçının iddialarını rədd edərək bildirmişdirlər ki, […]
Neft sənayesi tarixində ən böyük miqdarda cərimə sanksiyası ilə nəticələnən məhkəmə işi (ABŞ)
2010-cu ildə “Deepwater Horizon” neft sızması neft sənayesi tarixində ən böyük dəniz neft qəzası hesab olunur. ABŞ hökumətinin hesablamalarına görə, bu neft sızması zamanı Meksika körfəzinə 4.9 milyon barel atqı atılmış və nəticədə dəniz canlılarının yaşayış mühitinə fəlakətli ziyan dəymişdir. Bundan əlavə, partlayış zamanı 11 nəfər itkin düşmüş və hələ də tapılmamışdır. Bu hadisə ilə […]
“👍🏻” emojisi müqavilə şərtlərinə razılıq kimi qiymətləndirilib (Kanada)
2023-cü ilin iyun ayında Kanada məhkəməsi “WhatsApp” tətbiqi vasitəsilə göndərilən “👍🏻” emojisini müqavilə şərtlərinə razılıq verilməsi kimi şərh etmişdir. Alıcı Kent Miklboro fermer Kris Ektr ilə olan telefon danışığı nəticəsində fermerə müqaviləni “WhatsApp” tətbiqi vasitəsilə göndərmiş və “xahiş edirəm, müqaviləni təsdiq edin” mesajını yazmışdır. Fermer isə “👍🏻” emojisi ilə cavab vermiş, lakin sonradan öz öhdəliyini […]
Dostlarını yeyən ekipaj üzvlərinin məhkəmə işi (Britaniya)
Zəruri müdafiə çox zaman qəsdən adam öldürmə ilə nəticələndikdə əsaslı hesab edilmir və biz bunu “R / Dadli və Stivensə qarşı” işində rahatlıqla müşahidə edə bilərik. 1884-cü ildə içində kapitan Tomas Dadli, köməkçisi Edvin Stivens, matros Edmund Bruks və 17 yaşlı yunqa Riçard Parkerin olduğu yaxta Britaniyadan yola düşdü. 2 həftə sonra başlayan dəhşətli tufan […]
ABŞ Ədliyyə Nazirliyi “Volkswagen” şirkətinə qarşı (ABŞ)
Bu məhkəmə işində ABŞ‐nin Ədliyyə Nazirliyi “Volkswagen” şirkətini cinayətdə ittiham etmişdir. Belə ki, bu şirkətin istehsal etdiyi yeni avtomobillərdə ekoloji normaları pozan proqram təminatı quraşdırılmışdır. İddia edilmişdir ki, həmin proqram təminatı nəticəsində avtomobil yüksək sürətlə idarə olunarkən xaric edilən karbon dioksid qazının miqdarı normadan artıq olur. Məsələ ilə bağlı ABŞ‐də ekoloji məsələlərə nəzarət edən dövlət […]