Ekstrasenslərə qarşı iddia (Rusiya)

Rusiyanın Omsk şəhər sakini şəxsi həyatı ilə bağlı məsələlərə kömək edəcəyinə söz verən ekstrasensləri məhkəməyə verərək təzminat tələb etmişdir. Belə ki, iddiaçı 2017-ci ildə xanımı tərəfindən tərk edildikdən sonra sarsıntı keçirmişdir. Bundan sonra o, televizorda “Altıncı Hiss” adlı təşkilatın reklamını görmüş, reklam kişiyə peşəkar ekstrasenslər tərəfindən keçmiş xanımının ona geri dönməsi, eyni zamanda bəd nəzər, […]
Meymun öz müəlliflik hüquqları uğrunda mübarizə aparır (ABŞ)

“Naruto Slaterə qarşı” işində Naruto adlı meymun təbiət fotoqrafının kamerası ilə çəkdiyi selfilərin müəlliflik hüquqlarının pozulması əsası ilə fotoqrafı məhkəməyə vermişdir. Mübahisə isə fotoqraf David Slater və nəşriyyat şirkəti “Wildlife Personalities” şirkətinin meymun selfilərini albom şəklində nəşr etdirməsi ilə başlamışdır. Narutonun təmsilçisi “PETA” şirkəti isə iddia edirdi ki, selfilər Slaterin köməyi olmadan bir sıra məqsədyönlü […]
İddia rekordçusu Ginnesin Rekordlar Kitabını da məhkəməyə verib (ABŞ)

Bu gün sizə məhkəməyə ən çox iddia vermiş şəxsdən – Conatan Li Riçesdən danışacağıq. Belə ki, o, 2006-cı ildən bəri ABŞ məhkəmələrində 2600-dən çox iddia qaldıraraq ümumilikdə 8 milyon dollara yaxın təzminat alıb. O, ilk iddiasını ona yaxşı baxmadığını əsas gətirərək anasına qarşı irəli sürüb və 20 min dollar təzminat qazanıb. Bu başlanğıc onu o […]
Bitişik əkizləri ayıran məhkəmə işi (İngiltərə)

İngiltərədə doğulan bitişik əkizlər Qreysi və Rozi doğumları ilə valideynlərini çətin bir qərarla üz-üzə qoymuşdular. Belə ki, körpələrin sağlamlıq vəziyyətini dəyərləndirən həkimlər onları cərrahi yolla ayırmağa qərar vermiş, lakin valideynlər bu qərara birmənalı şəkildə qarşı çıxmışdılar. Çünki Rozi qan üçün yetərli oksigeni Qreysidən alırdı. Əgər əməliyyat baş tutsa idi, Qreysinin sağ qalma şansı 94% olacaq, […]
Körpəsini evdə ac qoyub tətilə çıxan ana ömürlük azadlıqdan məhrum edildi (ABŞ)

ABŞ-nin Ohayo ştatında 16 aylıq körpəsini evdə qoyub tətilə çıxan Kristel Kandelario (32 yaş) körpəsinin ölümünə səbəb olduğu üçün ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2023-cü ilin iyun ayında 16 aylıq körpə qızı Jailini Klivlenddəki evində tək qoyan və təxminən 10 günlük bir tətilə çıxan Kandelario qayıdanda körpəsini aclıq və susuzluqdan ölmüş halda tapmışdır. Şəhər […]
Yanğın qorxusu olan yanğınsöndürənin məhkəmə işi (ABŞ)

“Hyuston şəhəri Prolerə qarşı” məhkəmə işi əmək mübahisələri ilə bağlı dünyada ən məşhur işlərdən biridir. ABŞ-də yanğınsöndürən olaraq çalışan Shayn Proler adlı şəxs karyerasına həvəslə başlasa da, sonradan böyük bir problem – qəfildən yaranan yanğın qorxusu ortaya çıxmışdır. Şəhərdə baş verən güclü yanğın zamanı o, alovdan qorxduğunu bildirərək yaşayış binasına daxil olmaqdan imtina etmişdir. Bu […]
Yalan vəd verən radio kanalı (Böyük Britaniya)

Böyük Britaniyada McGowan adlı bir xanım radioda yayımlanan müsabiqədə iştirak etməyə qərar vermiş, müsabiqəni təşkil edən radio kanalı “Buxton” isə müsabiqənin qalibini mükafat kimi “Renault Clio” avtomobilinin gözlədiyini bildirmişdir. Müsabiqənin sonunda ona verilən bütün sualları doğru cavablayan qadın canlı yayımda spiker tərəfindən müsabiqənin qalibi elan edilmişdir. Ertəsi gün o, hədiyyəsini götürməyə gedəndə radio şirkəti gerçəyi […]
Güllə ilə bağlı hansı risklər barədə alıcılara xəbərdarlıq edilməlidir? (Tanzaniya)

Tanzaniyada safari zamanı ovçu qrupunun bir üzvü 60 metr məsafədə şir ilə qarşılaşmış, şir dolama yol boyunca iddiaçını qovmuşdur. Ovçu şirə 1 dəfə atəş açmış və ikinci atəş üçün şirin 7 metr yaxınlaşmasını gözləyərək onu sol çiynindən nişan almışdır. Atəş şirin körpücük sümüyünə dəymiş, lakin şir zərbəyə məhəl qoymayaraq hücuma davam etmiş və bir neçə […]
“Happy birthday” mahnısının müəllifi kimdir? (ABŞ)

Doğum günlərinin vazkeçilməzi olan “Happy birthday to you” (“Ad günün mübarək”) mahnısı ingilis dilində ən məşhur mahnı hesab olunaraq 1998-ci ildə Ginnesin Rekordlar Kitabına daxil edilmiş və təxminən 18 dilə tərcümə edilərək bir ənənə halına gəlmişdir. Mahnının melodiyaları 1893-cü ildə amerikalı bacılar Patty Hill və Mildred J. Hill tərəfindən yazılmış “Good Morning to All” musiqisinə […]
Qazlı içki siçanı əridə bilərmi? (ABŞ)

2009-cu ildə ABŞ-nin İllinoys ştatında Ronald Ball adlı şəxs aldığı “Mountain Dew” içkisindən ölü siçan çıxdığını iddia etmiş və 75.000 dollardan çox təzminat tələb edərək sərinləşdirici içki nəhəngi “PepsiCo”nu məhkəməyə vermişdir. Ballın iddialarına cavab olaraq “PepsiCo” məhkəməyə diqqətçəkən əsaslandırması olan müdafiə ilə heyvan patologiyası üzrə ixtisaslı baytar həkim Lawrence McGill tərəfindən verilən rəyi təqdim etmişdir. […]