Meymun öz müəlliflik hüquqları uğrunda mübarizə aparır (ABŞ)

“Naruto Slaterə qarşı” işində Naruto adlı meymun təbiət fotoqrafının kamerası ilə çəkdiyi selfilərin müəlliflik hüquqlarının pozulması əsası ilə fotoqrafı məhkəməyə vermişdir. Mübahisə isə fotoqraf David Slater və nəşriyyat şirkəti “Wildlife Personalities” şirkətinin meymun selfilərini albom şəklində nəşr etdirməsi ilə başlamışdır.

Narutonun təmsilçisi “PETA” şirkəti isə iddia edirdi ki, selfilər Slaterin köməyi olmadan bir sıra məqsədyönlü və könüllü hərəkətləri nəticəsində Narutonun özü tərəfindən çəkilmişdir və şəkillərin müəllifi odur. “PETA”ya görə, Narutonun bu selfilər üzərində müəlliflik hüququ mövcuddur və ona müəlliflik hüquqlarının pozulmasına görə dəymiş ziyanın qarşılığı və şəkil ilə bağlı potensial gəlirləri əldə etmək hüququ verilməlidir. “PETA” həmçinin cavabdehdən selfilərin surətini çıxarmaqdan, başqa adla rəsmiləşdirməkdən çəkinməsini və icazəsiz istifadəyə görə zərərin ödənilməsini tələb etmişdir.

Məhkəmə Narutonun iddiasının “Müəlliflik hüquqları” Qanunu ilə tənzimlənmədiyinə qərar verərək cavabdehin iddianın rədd edilməsi barədə vəsatətini təmin etmişdir. Buna baxmayaraq, Apellyasiya Məhkəməsi meymunun fotoşəkillərin müəllifi və sahibi olduğunu, onun maddi zərər çəkdiyini sübut etməyə kifayət qədər fakt olduğunu bildirmiş, lakin Narutonun mövcud iddia üzrə qanuni səlahiyyətlərinin olmadığına qərar vermişdir, çünki “Müəlliflik hüquqları” Qanunu heyvanlara müəlliflik hüquqlarının pozulması ilə bağlı iddia qaldırmağa icazə vermirdi. Bununla belə, Apellyasiya Məhkəməsi şikayəti rədd etməkdən də imtina etmiş və qərarın müvafiq sahə ilə bağlı mübahisələrdə aşağı instansiya məhkəmələrinə presedent olacağını bildirmişdir. Məhkəmə işi Slater vǝ “PETA” arasında barışıq sazişinin bağlanması ilə başa çatmışdır. Sazişə əsasən, Slater selfilərdən istifadəyə görə qazandığı gəlirinin 25 faizini təbiəti qoruyan xeyriyyə təşkilatlarına bağışlamağa razılıq vermişdir.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

Ekstrasenslərə qarşı iddia (Rusiya)

Rusiyanın Omsk şəhər sakini şəxsi həyatı ilə bağlı məsələlərə kömək edəcəyinə söz verən ekstrasensləri məhkəməyə verərək  təzminat tələb etmişdir. Belə ki, iddiaçı 2017-ci ildə xanımı tərəfindən tərk edildikdən sonra sarsıntı keçirmişdir. Bundan sonra o, televizorda “Altıncı Hiss” adlı təşkilatın reklamını görmüş, reklam kişiyə peşəkar ekstrasenslər tərəfindən keçmiş xanımının ona geri dönməsi, eyni zamanda bəd nəzər, ziyan və lənətlərin aradan qaldırılması

Davamını oxu »

İddia rekordçusu Ginnesin Rekordlar Kitabını da məhkəməyə verib (ABŞ)

Bu gün sizə məhkəməyə ən çox iddia vermiş şəxsdən – Conatan Li Riçesdən danışacağıq. Belə ki, o, 2006-cı ildən bəri ABŞ məhkəmələrində 2600-dən çox iddia qaldıraraq ümumilikdə 8 milyon dollara yaxın təzminat alıb. O, ilk iddiasını ona yaxşı baxmadığını əsas gətirərək anasına qarşı irəli sürüb və 20 min dollar təzminat qazanıb. Bu başlanğıc onu o qədər ruhlandırıb ki, o, dostunu,

Davamını oxu »

Bitişik əkizləri ayıran məhkəmə işi (İngiltərə)

İngiltərədə doğulan bitişik əkizlər Qreysi və Rozi doğumları ilə valideynlərini çətin bir qərarla üz-üzə qoymuşdular. Belə ki, körpələrin sağlamlıq vəziyyətini dəyərləndirən həkimlər onları cərrahi yolla ayırmağa qərar vermiş, lakin valideynlər bu qərara birmənalı şəkildə qarşı çıxmışdılar. Çünki Rozi qan üçün yetərli oksigeni Qreysidən alırdı. Əgər əməliyyat baş tutsa idi, Qreysinin sağ qalma şansı 94% olacaq, Rozi isə Qreysidən asılı olduğu

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.