“Mən işsizəm, adıma pay torpağı var. O torpaq mənim gəlir mənbəyimdir. Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etdim, lakin imtina cavabı aldım. Səbəbi nədir?”
Əgər vətəndaşın adına pay torpağı varsa, o, pay torpağının sənədini (yəni çıxarışı) əldə etdikdən sonra onu müvafiq icra hakimiyyəti orqanında, yəni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyata salmalıdır. Müraciətdən sonra vətəndaşa VÖEN açılır və VÖEN üzrə sığortaedənlərin uçot nömrəsi (yəni SUN kod) verilir. Müraciətlə bağlı əsas məqam isə ondan ibarətdir ki, şəxsə bu halda sosial yardım o zaman təyin