Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Mobil notariat” tətbiqi vasitəsilə aşağıdakı etibarnamələri elektron formada verə bilərsiniz:
– Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə;
– Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə;
– Daşınmaz əmlaka sərəncam verilməsinə dair etibarnamə;
– Vəkilə verilən etibarnamələr;
– Bank etibarnamələri;
– Müxtəlif qurumlarda təmsilçiliklə bağlı etibarnamə;
– Vərəsəlik işləri ilə bağlı etibarnamə;
– Sosial etibarnamələr.
Yuxarıda adları çəkilən etibarnamələrin verilməsi qaydası ilə bağlı ətraflı məlumat növbəti paylaşımlarda təqdim ediləcəkdir. Tətbiqdən istifadə zamanı hər hansı sualınız yarandığı təqdirdə bizimlə əlaqə saxlaya bilərsiniz.