“Mən işsizəm, adıma pay torpağı var. O torpaq mənim gəlir mənbəyimdir. Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etdim, lakin imtina cavabı aldım. Səbəbi nədir?”

Əgər vətəndaşın adına pay torpağı varsa, o, pay torpağının sənədini (yəni çıxarışı) əldə etdikdən sonra onu müvafiq icra hakimiyyəti orqanında, yəni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyata salmalıdır. Müraciətdən sonra vətəndaşa VÖEN açılır və VÖEN üzrə sığortaedənlərin uçot nömrəsi (yəni SUN kod) verilir. Müraciətlə bağlı əsas məqam isə ondan ibarətdir ki, şəxsə bu halda sosial yardım o zaman təyin edilə bilər ki, şəxs vergi ödəyicisi kimi həmin pay torpağı ilə bağlı ən azı 6 ay ərzində ardıcıl olaraq məcburi sosial sığorta ödənişlərini ödəmiş olsun. Pay torpağı olan vətəndaşlar yalnız istifadə etdikləri pay torpağına dair bu ardıcıl ödənişləri etdikdən sonra sosial yardım almaq üçün müraciət edə bilərlər.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən sözügedən ödənişlərin edilməsinin təsdiq edilməsi üçün vətəndaşlardan tələb olunan “sabit qəbz”in təqdim edilməsi isə Dövlət Vergi Xidməti tərəfindən “sabit qəbzin proaktiv təqdim edilməsi” elektron xidməti vasitəsilə elektron qaydada həyata keçirilir. 

Həmçinin bildiririk ki, vətəndaşların adında istifadə etmədikləri pay torpağı varsa, bu zaman ünvanlı dövlət sosial yardımı təyin edilmir və ya dayandırılır.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

“ASAN Növbə” tətbiqi

“ASAN Növbə” mobil tətbiqi ASAN Xidmət mərkəzlərində əvvəlcədən onlayn növbə tutulması imkanının yaradılması məqsədilə hazırlanmışdır. Qeydiyyatdan keçdikdən sonra tətbiq vasitəsilə istifadəçinin həm özü, həm də digər şəxslər (“əlaqələr”) üçün növbə götürməsi mümkündür. Tətbiqdən istifadə ilə bağlı diqqət yetirilməli olan bəzi məqamlar vardır. Belə ki: 1) Adıçəkilən “əlaqələr”in sayı 5-dən artıq ola bilməz; 2) Bir mobil cihazdan 30 gün ərzində ümumilikdə

Davamını oxu »

Daşınmaz əmlak alınması üçün etibarnamənin elektron verilmə qaydası

“Mobil notariat” tətbiqi vasitəsilə daşınmaz əmlakınıza dair sərəncam vermək (satmaq, bağışlamaq, icarəyə vermək, və s.), o cümlədən yeni daşınmaz əmlak əldə etmək üçün notariat orqanına getmədən istədiyiniz şəxsə etibarnamə verə bilərsiniz. Bunun üçün ilk növbədə “Mobil notariat” tətbiqini telefonunuza yükləyin və açılmış pəncərədə sizə təqdim olunan 3 qeydiyyat üsulundan birini seçərək qeydiyyatdan keçin. Açılmış pəncərədə “+” işarəsi, daha sonra “Yeni

Davamını oxu »

“Avtomobildən istifadəyə dair etibarnaməni notariusa müraciət etmədən necə verə bilərəm?”

“Mobil notariat” tətbiqi vasitəsilə avtomobilinizdən istifadə edilməsi üçün notariusa müraciət etmədən etibarnamə verə bilərsiniz. Bunun üçün: 1. İlk növbədə aşağıda sizə təqdim olunan linklər vasitəsilə “Mobil notariat” tətbiqini telefonunuza yükləyin və açılmış pəncərədə sizə təqdim olunan 3 qeydiyyat üsulundan birini seçərək qeydiyyatdan keçin; 2. Açılmış pəncərədə “+” işarəsi, daha sonra “Yeni etibarnamə üçün müraciət”, daha sonra isə “Nəqliyyat vasitəsindən istifadə

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.