Qanunvericiliklə bağlı

“ProDemos-Xalq üçün” əhalinin qanunvercilikdə nəzərdə tutulan hüquqları və vəzifələri barədə sadə şəkildə məlumatlandırılmasının təmin edilməsi, onların suallarının cavablandırılması məqsədilə mütəmadi olaraq maarifləndirici məzmunlar hazırlayır. Bu pəncərədə siz müxtəlif qanunların sadə izahları ilə tanış ola, o cümlədən suallarınızı və təkliflərinizi şərh bölməsində qeyd etməklə bizə ünvanlaya bilərsiniz.

Menevi zererin odenilmesi hansi hallarda teleb edile biler

Mənəvi zərərin ödənilməsi hansı hallarda tələb edilə bilər?

Şəxsə mənəvi zərər vurulması aşağıdakı hallarda özünü büruzə verə bilər: Qeyd edək ki, mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir və mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə də yol verilmir. Lakin, iddiaçının xeyrinə mənəvi zərərin tutulması barədə qətnamə qanuni qüvvəyə mindikdə və o, həmin məbləği alana kimi vəfat

Davamını oxu »
8220Meiset zorakiligina meruz qalmisam ne ede bilerem8221

“Məişət zorakılığına məruz qalmışam, nə edə bilərəm?”

Əgər Siz məişət zorakılığına məruz qalmısınızsa, ilk olaraq ərazi üzrə polis bölməsinə yaxınlaşaraq baş verən halla bağlı şikayət ərizəsi yaza bilərsiniz. Məişət zorakılığı törətmiş şəxs İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə, habelə əgər şəxsin əməlində cinayət tərkibi mövcuddursa, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilə bilər.  Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə yerli icra hakimiyyəti

Davamını oxu »
8220Imzaladigim muqavile o qeder kicik herflerle yazilmisdi ki tam oxuya bilmedim. Bu muqavile etibarli sayilirmi8221

“İmzaladığım müqavilə o qədər kiçik hərflərlə yazılmışdı ki, tam oxuya bilmədim. Bu müqavilə etibarlı sayılırmı?”

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, müqavilənin standart şərtləri o zaman etibarlı sayıla bilər ki, müqavilədə standard şərtlərlə bağlı ayrıca qeyd olsun, digər tərəfə bu şərtlərlə tanış olmaq üçün şərait yaradılsın və digər tərəfin həmin şərtlərlə razı oduğu və qəbul etdiyi göstərilsin. Əks halda, müqavilənin hər hansı etibarlılığı olmayacaqdır. Onu da qeyd edək ki, müqavilənin standart şərtləri dedikdə əvvəlcədən işlənib hazırlanan,

Davamını oxu »
Qonsumun iti mene hucum etdi ve disledi bu zaman qonsu mesuliyyet dasiyacaqmi

“Qonşumun iti mənə hücum etdi və dişlədi, bu zaman qonşu məsuliyyət daşıyacaqmı?”

Qanunvericiliyə əsasən, ev heyvanları tərəfindən adamların dişlənməsi zamanı onlara dəyən ziyan və müalicə xərcləri heyvan sahibi tərəfindən ödənilməlidir. İtlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə, o cümlədən ev heyvanlarının insanların üzərinə saldırılmasına görə həmin heyvanların sahibləri 200 manat məbləğində cərimə edilirlər. Bundan əlavə, əgər bu əməllər zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və

Davamını oxu »
Istifade edilmeyen mezuniyyet gunlerinin evezi odenilmelidirmi

İstifadə edilməyən məzuniyyət günlərinin əvəzi ödənilməlidirmi?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Yəni işçi əsas məzuniyyətini istifadə edə bilməsə belə, həmin günlərə görə ödəniş almaq hüququ vardır. Onu da qeyd edək ki, əmək münasibətlərinə xitam verilərkən

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.