Yəqin ki, mağazalarda, yaxud iaşə obyektlərində ödənişin karta köçürmə vasitəsilə həyata keçirilməsi tələbi ilə qarşılaşmısınız. Bəs bu tələb qanunidirmi?
Quraşdırılmış POS-terminalın sahibkarlar tərəfindən istifadə edilməməsi vergidən yayınmaq məqsədi daşıyır və son nəticədə istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. Belə ki, kartdan-karta köçürmələrdə alıcıya çek təqdim olunmur və bununla da, o, gələcəkdə hüquqlarını tələb etmək, “ƏDV geri al” funksiyasından istifadə etmək hüququnu itirir.
Bu pozuntuların qarşını almaq üçün vergi qanunvericiliyi ilə cərimə və maliyyə sanksiyaları müəyyən edilmişdir.
Qeyd edilmiş qanun pozuntusuna şahid olduğunuz halda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və ya Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət edə bilərsiniz.