Hörmətli vətəndaş,
Məlumat üçün bildiririk ki, bu anketi doldurmaqla ödənişsiz hüquqi yardım almaq hüququna yalnız aşağıdakı şəxslərdən birinə aid olduğunuz və bu barədə təsdiqedici sənədləriniz mövcud olduğu halda malik olacaqsınız. Bu səbəbdən siyahını diqqətlə nəzərdən keçirməyinizi və anketi daha sonra doldurmağınızı xahiş edirik. Hər hansı sualınız olduğu təqdirdə, bizimlə [email protected] və ya sosial şəbəkə hesablarımız (Facebook, Instagram) vasitəsilə əlaqə saxlayaraq suallarınızı verə bilərsiniz, komandamız sizə dəstək olacaqdır.
Ödənişsiz hüquqi yardım almaq hüququna malik olan şəxslər aşağıdakılardır:
1) Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (yəni 1-ci və ya 2-ci dərəcə əlilliyi olan) və işləməyən şəxslər;
2) 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
3) İnsan alverinin qurbanları;
4) Məişət zorakılığından zərər çəkmiş şəxslər;
5) Valideynini itirmiş uşaqlar;
6) Valideyn himayəsindən məhrum olunmuş uşaqlar;
7) Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
8) İşsiz kimi qeydiyyatda olan şəxslər;
9) Maddi vəziyyəti yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olan və bu hal məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər. Qeyd edək ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manatdır.
2024 © Sayt Alov Digital tərəfindən hazırlanmışdır – Bütün hüquqlar qorunur.