1. ÜMUMİ MÜDDƏALAR
Bu Məxfilik Siyasəti (bundan sonra – Məxfilik Siyasəti) “ProDemos-Xalq üçün” layihəsinin internet informasiya ehtiyatı olan “prodemos.az” veb-saytı (bundan sonra – veb-sayt) vasitəsilə təqdim olunan ödənişsiz hüquqi yardım xidmətinin istifadəçiləri olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67-1.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərin (bundan sonra – İstifadəçi) təqdim etdiyi fərdi məlumatların toplanması, işlənilməsi və mühafizəsi qaydasını müəyyən edir.
Məxfilik Siyasəti üzrə fərdi məlumatların işlənilməsi dedikdə, fərdi məlumatların saxlanılması və ötürülməsi (açıqlanması) nəzərdə tutulur.
2. FƏRDİ MƏLUMATLARIN TOPLANILMASI
“ProDemos-Xalq üçün” İstifadəçinin veb-saytın ödənişsiz hüquqi yardım anketində qeyd edilən dairədəki fərdi məlumatlarını yalnız ödənişsiz hüquqi yardımın göstərilməsi məqsədilə və İstifadəçinin könüllü olaraq bu məlumatları təqdim etməsi nəticəsində toplayır.
3. FƏRDİ MƏLUMATLARIN İŞLƏNİLMƏSİ
3.1. “ProDemos-Xalq üçün” İstifadəçinin təqdim etdiyi fərdi məlumatları yalnız ödənişsiz hüquqi yardımın göstərilməsi məqsədilə və İstifadəçiyə ödənişsiz hüquqi yardımın göstərildiyi müddətdə saxlayır.
3.2. “ProDemos-Xalq üçün” İstifadəçi tərəfindən təqdim edilmiş fərdi məlumatları aşağıdakı məqsədlərlə üçüncü tərəflərə ötürə və ya açıqlaya bilər:
3.2.1. İstifadəçiyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67-1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada dövlət hesabına peşəkar hüquqi yardımın göstərilməsinə dəstək göstərilməsi;
3.2.2. Məhkəmə və ya icra hakimiyyəti orqanlarının qanuni sorğu və ya tələblərinin, o cümlədən hazırlanan və ya törədilmiş cinayətlərin aşkar edilməsi və qarşısının alınması ilə bağlı “ProDemos-Xalq üçün”ün qanunverciliklə nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsi.
4. İSTİFADƏÇİ HÜQUQLARI
4.1. İstifadəçi aşağıdakı hüquqlara malikdir:
4.1.1. təqdim etdiyi fərdi məlumatlarının işlənməsinin dayandırılmasını tələb etmək;
4.1.2. təqdim etdiyi fərdi məlumatlarının məhv edilməsini tələb etmək;
4.1.3. təqdim etdiyi fərdi məlumatlarının işlənməsi üçün verdiyi razılığı geri götürmək;
4.1.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar.
4.2. Fərdi məlumatların işlənilməsinə razılığınızın geri götürülməsi, razılığın geri götürülməsinə qədər həyata keçirilən istənilən məlumat işlənməsinin qanuniliyinə, eləcə də razılıqdan fərqli olaraq, digər qanuni əsaslara istinad edilərək həyata keçirilən fərdi məlumatların işlənilməsinə təsir etmir. İstifadəçi yuxarıda sadalanan hüquqlarını həyata keçirmək üçün [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamalıdır.
5. FƏRDİ MƏLUMATLARIN MÜHAFİZƏSİ
“ProDemos-Xalq üçün” fərdi məlumatların toplanılması və işlənilməsi zamanı fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin edir, hər hansı fərdi məlumatı yalnız qanunvericilik ilə nəzərdə tutulan hallarda və həcmdə toplayır, işləyir və qanunvericiliyin tələbinə uyğun olaraq mühafizə edir.
6. DİGƏR MÜDDƏALAR
6.1. İstifadəçi bu Məxfilik Siyasətinin şərtləri ilə razılaşmaqla, yuxarıda təsvir olunan şəkildə veb-sayt üzərindən könüllü olaraq təqdim etdiyi fərdi məlumatlarının toplanması və işlənilməsinə öz razılığını verir.
6.2. Məxfilik Siyasəti ilə bağlı yaranmış suallar [email protected] elektron poçt ünvanına təqdim edilə bilər.