İş vaxtından artıq görülən iş üçün ödəniş edilməlidirmi?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:

1)əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;

2)əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

Misal çəksək, işçinin aprel ayı üzrə əməkhaqqısı 900 manatdır. Aprel ayı üzrə 19 iş gününün olmasını nəzərə alsaq, ay ərzində normal iş saatı 159 saat (8 saat x 19 iş günü + 7 saat qısaldılmış iş saatı) təşkil edir. Deməli, aprel ayı üzrə işçinin bir saata düşən əməkhaqqısı 5,66 manatdır. İşçi aprel ayı ərzində 2 saat işə çəlb edildiyi halda, ona 22,64 manat (5,66 manat x 2 saaat x 2 misli) məbləğində əlavə əməkhaqqı ödənilməlidir.

Əlavə olaraq qeyd edək ki, əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. Digər tərəfdən iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir, bu zaman hər bir halda ödəniş edilməlidir.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

Pos-terminal yoxsa “kartdan-karta köçürmə”?

Yəqin ki, mağazalarda, yaxud iaşə obyektlərində ödənişin karta köçürmə vasitəsilə həyata keçirilməsi tələbi ilə qarşılaşmısınız. Bəs bu tələb qanunidirmi? Quraşdırılmış POS-terminalın sahibkarlar tərəfindən istifadə edilməməsi vergidən yayınmaq məqsədi daşıyır və son nəticədə istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. Belə ki, kartdan-karta köçürmələrdə alıcıya çek təqdim olunmur və bununla da, o, gələcəkdə hüquqlarını tələb etmək, “ƏDV geri al” funksiyasından istifadə etmək hüququnu

Davamını oxu »

“Kredit borcunu ödəmədiyim halda məni hansı məsuliyyət gözləyir?”

Borca görə yarana biləcək məsuliyyət kredit müqaviləsinin şərtlərindən asılı olaraq dəyişir. Əgər kredit müqaviləsində zamin göstərilmişdirsə, borc həm zamindən, həm də borcludan tələb edilə bilər. Həmçinin kreditlə bağlı girov kimi hər hansı əmlak göstərilmişdirsə, həmin əmlak məhkəmə qərarı ilə müsadirə edilə bilər. Borc könüllü qaydada ödənilməzsə, borcverənin bununla bağlı məhkəmədə iddia qaldırmaq hüququ da var. Məhkəmə qərarı könüllü şəkildə icra

Davamını oxu »

“Kredit götürərkən nömrəsi banka təqdim edilən şəxslər zamin hesab olunurmu?”

Zaminlik hüquqi olaraq yalnız tərəflərin yazılı razılığı əsasında qüvvəyə minir. Yəni hər hansı bir şəxs yalnız öz yazılı razılığı ilə zamin ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə görə, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Razılıq olmadan heç bir şəxs kredit alanın borcu üçün zamin kimi qeydə alına bilməz. Bu isə o deməkdir ki, kredit alanın telefon nömrəsini verdiyi şəxslər,

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.