Körpəsini evdə ac qoyub tətilə çıxan ana ömürlük azadlıqdan məhrum edildi (ABŞ)

ABŞ-nin Ohayo ştatında 16 aylıq körpəsini evdə qoyub tətilə çıxan Kristel Kandelario (32 yaş) körpəsinin ölümünə səbəb olduğu üçün ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2023-cü ilin iyun ayında 16 aylıq körpə qızı Jailini Klivlenddəki evində tək qoyan və təxminən 10 günlük bir tətilə çıxan Kandelario qayıdanda körpəsini aclıq və susuzluqdan ölmüş halda tapmışdır. Şəhər prokurorluğundan verilən açıqlamada Ohayodan olan ananın qızını evdəki oyuncaqlarla dolu otağa kilidlədiyi və əvvəlcə Detroitə, sonra isə Puerto Rikoya tətilə getdiyi bildirilib. Açıqlamada, həmçinin aclıqdan halsızlaşmış uşağın ölü vəziyyətdə tapıldığı da qeyd edilib.

Fevralın 22-də uşaq ölümü və uşağı təhlükədə qoyma əməlində öz təsqirini etiraf edən Kandelario dünən məhkəmə zalında şərti azadlığa buraxılmadan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə zamanı hakim məsuliyyətsiz anaya öz qızını ac qoyub gedərək ona “ən böyük xəyanəti” etdiyini söyləmiş, depressiya və psixi sağlamlıq problemləri ilə mübarizə aparan Kandelario isə sadəcə olaraq çox əziyyət çəkdiyini və hər gün bağışlanmaq üçün tanrıya dua etdiyini qeyd etmişdir.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

Meymun öz müəlliflik hüquqları uğrunda mübarizə aparır (ABŞ)

“Naruto Slaterə qarşı” işində Naruto adlı meymun təbiət fotoqrafının kamerası ilə çəkdiyi selfilərin müəlliflik hüquqlarının pozulması əsası ilə fotoqrafı məhkəməyə vermişdir. Mübahisə isə fotoqraf David Slater və nəşriyyat şirkəti “Wildlife Personalities” şirkətinin meymun selfilərini albom şəklində nəşr etdirməsi ilə başlamışdır. Narutonun təmsilçisi “PETA” şirkəti isə iddia edirdi ki, selfilər Slaterin köməyi olmadan bir sıra məqsədyönlü və könüllü hərəkətləri nəticəsində Narutonun

Davamını oxu »

İddia rekordçusu Ginnesin Rekordlar Kitabını da məhkəməyə verib (ABŞ)

Bu gün sizə məhkəməyə ən çox iddia vermiş şəxsdən – Conatan Li Riçesdən danışacağıq. Belə ki, o, 2006-cı ildən bəri ABŞ məhkəmələrində 2600-dən çox iddia qaldıraraq ümumilikdə 8 milyon dollara yaxın təzminat alıb. O, ilk iddiasını ona yaxşı baxmadığını əsas gətirərək anasına qarşı irəli sürüb və 20 min dollar təzminat qazanıb. Bu başlanğıc onu o qədər ruhlandırıb ki, o, dostunu,

Davamını oxu »

Bitişik əkizləri ayıran məhkəmə işi (İngiltərə)

İngiltərədə doğulan bitişik əkizlər Qreysi və Rozi doğumları ilə valideynlərini çətin bir qərarla üz-üzə qoymuşdular. Belə ki, körpələrin sağlamlıq vəziyyətini dəyərləndirən həkimlər onları cərrahi yolla ayırmağa qərar vermiş, lakin valideynlər bu qərara birmənalı şəkildə qarşı çıxmışdılar. Çünki Rozi qan üçün yetərli oksigeni Qreysidən alırdı. Əgər əməliyyat baş tutsa idi, Qreysinin sağ qalma şansı 94% olacaq, Rozi isə Qreysidən asılı olduğu

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.