“Happy birthday” mahnısının müəllifi kimdir? (ABŞ)

Doğum günlərinin vazkeçilməzi olan “Happy birthday to you” (“Ad günün mübarək”) mahnısı ingilis dilində ən məşhur mahnı hesab olunaraq 1998-ci ildə Ginnesin Rekordlar Kitabına daxil edilmiş və təxminən 18 dilə tərcümə edilərək bir ənənə halına gəlmişdir.

Mahnının melodiyaları 1893-cü ildə amerikalı bacılar Patty Hill və Mildred J. Hill tərəfindən yazılmış “Good Morning to All” musiqisinə əsaslanır. Zaman keçdikcə isə mahnı o qədər yayılmışdır ki, hətta bəstəkarları belə unudulmuşdur. Amma bu hal yalnız musiqinin bir filmdə istifadə olunmasına qədər davam edə bilmişdir. Bundan sonra bəstəkarların üçüncü bacısı Cessika məhkəməyə müraciət edərək mahnının bütün hüquqlarının ailəsinə keçməsinə nail olmuşdur. Nəticə etibarilə isə mahnının kommersiya məqsədləri üçün istifadə edildiyi bütün hallarda Hill ailəsinə qonorar ödənilməyə başlamışdır. Lakin bir müddət sonra mahnının müəlliflik hüququ “Warner/Chappell” musiqi şirkətinə keçmişdir. Və belə demək mümkündürsə, şirkət mahnıdan maksimum yararlanmış – mahnının filmlərdə, reklam çarxlarında istifadə olunmasına görə qonorar alaraq onilliklər ərzində milyonlarla dollar qazanc əldə etmişdir. Nəhayət, 2013-cü ildə şirkət mahnı haqqında sənədli film çəkən rejissor Cennifer Nelsondan 9 saniyəlik istifadə üçün 1.500 dollar tələb etmişdir. Buna qarşılıq olaraq isə kinorejissor Cennifer Nelson “Warner/Chappell” şirkətini mahnının müəlliflik hüquqlarının əlindən alınması üçün məhkəməyə vermişdir. İş üzrə yekunda hakim “Warner/Chappell”ə  məxsus olan 1935-ci il tarixli müəlliflik hüququnun mahnının sözləri və ya melodiyasına deyil, yalnız xüsusi fortepiano aranjimanına tətbiq edildiyi qənaətinə gəlmişdir. Məhkəmə “Warner/Chappell”in mahnıya lisenziya vermiş şəxslərə 14 milyon dollar ödəməsini, məşhur mahnının isə ictimai varidat hesab edilməsinə qərar vermişdir.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

Meymun öz müəlliflik hüquqları uğrunda mübarizə aparır (ABŞ)

“Naruto Slaterə qarşı” işində Naruto adlı meymun təbiət fotoqrafının kamerası ilə çəkdiyi selfilərin müəlliflik hüquqlarının pozulması əsası ilə fotoqrafı məhkəməyə vermişdir. Mübahisə isə fotoqraf David Slater və nəşriyyat şirkəti “Wildlife Personalities” şirkətinin meymun selfilərini albom şəklində nəşr etdirməsi ilə başlamışdır. Narutonun təmsilçisi “PETA” şirkəti isə iddia edirdi ki, selfilər Slaterin köməyi olmadan bir sıra məqsədyönlü və könüllü hərəkətləri nəticəsində Narutonun

Davamını oxu »

İddia rekordçusu Ginnesin Rekordlar Kitabını da məhkəməyə verib (ABŞ)

Bu gün sizə məhkəməyə ən çox iddia vermiş şəxsdən – Conatan Li Riçesdən danışacağıq. Belə ki, o, 2006-cı ildən bəri ABŞ məhkəmələrində 2600-dən çox iddia qaldıraraq ümumilikdə 8 milyon dollara yaxın təzminat alıb. O, ilk iddiasını ona yaxşı baxmadığını əsas gətirərək anasına qarşı irəli sürüb və 20 min dollar təzminat qazanıb. Bu başlanğıc onu o qədər ruhlandırıb ki, o, dostunu,

Davamını oxu »

Bitişik əkizləri ayıran məhkəmə işi (İngiltərə)

İngiltərədə doğulan bitişik əkizlər Qreysi və Rozi doğumları ilə valideynlərini çətin bir qərarla üz-üzə qoymuşdular. Belə ki, körpələrin sağlamlıq vəziyyətini dəyərləndirən həkimlər onları cərrahi yolla ayırmağa qərar vermiş, lakin valideynlər bu qərara birmənalı şəkildə qarşı çıxmışdılar. Çünki Rozi qan üçün yetərli oksigeni Qreysidən alırdı. Əgər əməliyyat baş tutsa idi, Qreysinin sağ qalma şansı 94% olacaq, Rozi isə Qreysidən asılı olduğu

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.