Yaşımızı dəyişdirə bilərikmi? (Niderland)

Niderlandda 69 yaşlı şəxs yaşını 20 yaş azaltmaq üçün Arnhem şəhər məhkəməsinə müraciət edərək iddia etmişdir ki, özünü 69 yaşında hiss etmir və hazırkı yaşı onu ayrı-seçkiliyə məruz qoyur. O, əsaslandırmasında qeyd edib ki, “Əgər adımızı dəyişə biliriksə, niyə yaşımızı dəyişə bilməyək?”. Bundan əlavə, iddiaçı yaşını dəyişdirməsi ilə əlaqədar alacağı pensiya və digər müavinətlərinin 20 il gecikməsindən narazı qalmayacağını da məhkəmənin diqqətinə çatdırmışdır.

Məhkəmə iddia tələbini qəbul etməmiş, bir çox hüquqların şəxslərin yaşına əsaslandığını (məsələn seçki hüququ, evlilik yaşı və s.) və onun dəyişdirilməsinin hüquqi problemlərə səbəb ola biləcəyini vurğulamışdır. Digər tərəfdən, məhkəmə qərarında qeyd etmişdir ki, əgər iddiaçı yaşı səbəbi ilə ayrı-seçkiliyə məruz qaldığını düşünürsə, məhkəmə qarşısında ayrı-seçkiliyə dair iddia qaldıra bilər.

İddiaçı şəhər məhkəməsinin qərarından apellyasiya şikayəti versə də, iddiası təmin edilməmişdir.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə də şəxslərin doğum tarixi əks olunan sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan texniki xətalar istisna olmaqla, öz yaşlarını azaltması və ya artırmasına yol verilmir. Belə ki, qanunvericilikdə hüquq və vəzifələrin əksəriyyəti bilavasitə yaş əsaslıdır. Bu cür hüquqlara nümunə olaraq nikah, əmək, səsvermə, nəqliyyat vasitələrini idarəetmə və s. hüquqları göstərə bilərik. Həmçinin yaş hüquq pozuntusuna yol vermiş şəxsləri cinayət və inzibati qaydada məsuliyyətə cəlb etməyə imkan verən fakt kimi çıxış edir. Doğum tarixinin sənədlərdə qeyri-qanuni olaraq dəyişdirilməsi Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən, rəsmi sənədləri saxtalaşdırma cinayəti hesab edilir və sənədləri saxtalaşdıran, o cümlədən bilə-bilə saxta sənədlərdən istifadə edən şəxslər həmin maddədə nəzərdə tutulmuş qaydada cəzalandırılırlar.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

Ekstrasenslərə qarşı iddia (Rusiya)

Rusiyanın Omsk şəhər sakini şəxsi həyatı ilə bağlı məsələlərə kömək edəcəyinə söz verən ekstrasensləri məhkəməyə verərək  təzminat tələb etmişdir. Belə ki, iddiaçı 2017-ci ildə xanımı tərəfindən tərk edildikdən sonra sarsıntı keçirmişdir. Bundan sonra o, televizorda “Altıncı Hiss” adlı təşkilatın reklamını görmüş, reklam kişiyə peşəkar ekstrasenslər tərəfindən keçmiş xanımının ona geri dönməsi, eyni zamanda bəd nəzər, ziyan və lənətlərin aradan qaldırılması

Davamını oxu »

Meymun öz müəlliflik hüquqları uğrunda mübarizə aparır (ABŞ)

“Naruto Slaterə qarşı” işində Naruto adlı meymun təbiət fotoqrafının kamerası ilə çəkdiyi selfilərin müəlliflik hüquqlarının pozulması əsası ilə fotoqrafı məhkəməyə vermişdir. Mübahisə isə fotoqraf David Slater və nəşriyyat şirkəti “Wildlife Personalities” şirkətinin meymun selfilərini albom şəklində nəşr etdirməsi ilə başlamışdır. Narutonun təmsilçisi “PETA” şirkəti isə iddia edirdi ki, selfilər Slaterin köməyi olmadan bir sıra məqsədyönlü və könüllü hərəkətləri nəticəsində Narutonun

Davamını oxu »

İddia rekordçusu Ginnesin Rekordlar Kitabını da məhkəməyə verib (ABŞ)

Bu gün sizə məhkəməyə ən çox iddia vermiş şəxsdən – Conatan Li Riçesdən danışacağıq. Belə ki, o, 2006-cı ildən bəri ABŞ məhkəmələrində 2600-dən çox iddia qaldıraraq ümumilikdə 8 milyon dollara yaxın təzminat alıb. O, ilk iddiasını ona yaxşı baxmadığını əsas gətirərək anasına qarşı irəli sürüb və 20 min dollar təzminat qazanıb. Bu başlanğıc onu o qədər ruhlandırıb ki, o, dostunu,

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.