Təl-Əvivdə bir qadın qeyri-dəqiq hava proqnozuna görə televiziya kanalını məhkəməyə vermişdir. Qadın sinoptiklərin havanın temperaturuna müdaxilə edə bilməyəcəyini yaxşı bilsə də, verilən proqnozun doğruluğuna yenə də inanmışdır. Belə ki, İsrailə məxsus televiziya kanallarının birində yayımlanan hava xəbərlərində havanın günəşli olacağı açıqlanmış, lakin həmin gün güclü yağış yağmışdır. Bədbəxtlikdən nazik geyinən qadın möhkəm soyuqlamış və 4 gün işə gedə bilməyərək evdə müalicə almağa məcbur olmuşdur. Uzunmüddətli müalicə dövründə isə qadın dərman peraparatlarına ümumilikdə 38 dollar pul xərcləmişdir. Nəhayət, sağlamlığına qovuşan qadın hava xəbərləri aparıcısı ilə birlikdə “Kanal 2” kanalını məhkəməyə vermişdir. 1.000 dollar təzminat tələbi ilə çıxış edən qadın təkcə maddi təzminatla da kifayətlənməmiş, həmçinin aparıcı Danny Rupun verdiyi yanlış proqnoza görə üzr istəməsini də iddiasına əlavə etmişdir. Məhkəmə işi qadının qələbəsi ilə yekunlaşmış və məhkəmə qadının 1.000 dollarlıq tələbini tam məbləğdə təmin etmişdir.

Şrift ölçüsü qərarın ləğvi üçün əsas ola bilərmi?
Türkiyə Ali Məhkəməsi maraqlı qərar qəbul edib. Belə ki, Ali Məhkəmə bütün rəsmi yazışmalarda “Times New Roman” şriftindən və şrift ölçüsü olaraq 12 punktdan istifadə edilməsi lazım olduğunu əsas gətirərək 8 punkt ölçüsündə yazılmış apellyasiya qərarını ləğv edib. Məhkəmə qərarında əsaslandırıb ki, apellyasiya məhkəməsinin istifadə etdiyi şrift ölçüsünün çox kiçik olması tərəflərə qərarın qərarın oxunmasında və başa düşülməsində çətinlik yaratmışdır.