Həyat yoldaşını “çirkin” körpə dünyaya gətirməsi iddiası ilə məhkəməyə verdi (Çin)

Bir neçə il əvvəl Hon Konqda yerləşən estetik cərrahiyyə klinikalarından biri tərəfindən reklam kampaniyası başladılmışdır. Reklamda göstərilirdi: “Plastik əməliyyatdan sonra narahatlıq duymalı olduğunuz yeganə məsələ bunu ailə üzvlərinizə izah etməyinizdir”.

Bəhs edilən reklamın əlaqəli olduğu məhkəmə işi Jian Feng adlı bir şəxsin arvadının evlilikdən əvvəl keçirdiyi gizli plastik əməliyyatlarla bağlıdır. Belə ki, cütlüyün körpələrinin dünyaya gəlməsindən sonra şəxs arvadının görünüşünə dair şübhələr duymağa başlamışdır. O, uşağın “eybəcər” göründüyünü və onun valideynlərindən heç birinə bənzəmədiyini iddia etmişdir. Qəzəblənən şəxs bundan sonra arvadını xəyanətdə ittiham etmiş, lakin aparılan DNT testləri onun yeni doğulan körpənin bioloji atası olduğunu sübut etmişdir. Bu cür ağır ittihamla üzləşən qadın nəticədə xarici görünüşünü kəskin şəkildə dəyişdirən plastik əməliyyatlar üçün təxminən 100.000 dollar xərclədiyini etiraf etmişdir.

Məhkəmə işinin yekununda hakim qadının görkəmini cərrahi yolla dəyişdirməsi barədə ərinə məlumat verməli olduğu qənaətinə gələrək onun keçmiş ərinə 120.000 dollar təzminat ödəməli olması barədə qərar çıxarmışdır. Hakimin qərarı ilə razısınızmı?

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

Şrift ölçüsü qərarın ləğvi üçün əsas ola bilərmi?

Türkiyə Ali Məhkəməsi maraqlı qərar qəbul edib. Belə ki, Ali Məhkəmə bütün rəsmi yazışmalarda “Times New Roman” şriftindən və şrift ölçüsü olaraq 12 punktdan istifadə edilməsi lazım olduğunu əsas gətirərək 8 punkt ölçüsündə yazılmış apellyasiya qərarını ləğv edib. Məhkəmə qərarında əsaslandırıb ki, apellyasiya məhkəməsinin istifadə etdiyi şrift ölçüsünün çox kiçik olması tərəflərə qərarın qərarın oxunmasında və başa düşülməsində çətinlik yaratmışdır.

Davamını oxu »

Ekstrasenslərə qarşı iddia (Rusiya)

Rusiyanın Omsk şəhər sakini şəxsi həyatı ilə bağlı məsələlərə kömək edəcəyinə söz verən ekstrasensləri məhkəməyə verərək  təzminat tələb etmişdir. Belə ki, iddiaçı 2017-ci ildə xanımı tərəfindən tərk edildikdən sonra sarsıntı keçirmişdir. Bundan sonra o, televizorda “Altıncı Hiss” adlı təşkilatın reklamını görmüş, reklam kişiyə peşəkar ekstrasenslər tərəfindən keçmiş xanımının ona geri dönməsi, eyni zamanda bəd nəzər, ziyan və lənətlərin aradan qaldırılması

Davamını oxu »

Meymun öz müəlliflik hüquqları uğrunda mübarizə aparır (ABŞ)

“Naruto Slaterə qarşı” işində Naruto adlı meymun təbiət fotoqrafının kamerası ilə çəkdiyi selfilərin müəlliflik hüquqlarının pozulması əsası ilə fotoqrafı məhkəməyə vermişdir. Mübahisə isə fotoqraf David Slater və nəşriyyat şirkəti “Wildlife Personalities” şirkətinin meymun selfilərini albom şəklində nəşr etdirməsi ilə başlamışdır. Narutonun təmsilçisi “PETA” şirkəti isə iddia edirdi ki, selfilər Slaterin köməyi olmadan bir sıra məqsədyönlü və könüllü hərəkətləri nəticəsində Narutonun

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.