Dostlarını yeyən ekipaj üzvlərinin məhkəmə işi (Britaniya)

Zəruri müdafiə çox zaman qəsdən adam öldürmə ilə nəticələndikdə əsaslı hesab edilmir və biz bunu “R / Dadli və Stivensə qarşı” işində rahatlıqla müşahidə edə bilərik.

1884-cü ildə içində kapitan Tomas Dadli, köməkçisi Edvin Stivens, matros Edmund Bruks və 17 yaşlı yunqa Riçard Parkerin olduğu yaxta Britaniyadan yola düşdü. 2 həftə sonra başlayan dəhşətli tufan yaxtanı aşırdı və ekipaj üzvləri kiçik xilasetmə qayığının köməyi ilə xilas ola bildilər. Bədbəxtlikdən tufan zamanı təşvişə düşən Parker ərzaq dolu yeşiyi və su balonlarını suya salmışdı.

Bu hadisə 5 iyul tarixində baş vermiş, 17 iyul tarixində onlar şalğamlarını və tuta bildikləri bir tısbağanı yemişdilər. 24 iyul tarixində isə Parker artıq susuzluğa dözməyərək dəniz suyu içmiş və halı pisləşərək koma vəziyyətə düşmüşdü. Artıq seçim etmək lazım idi. Dənizdə əlacsız qalan matroslar arasında insan yemək kimi hallar olduğunu hər kəs bilirdi. Kapitan bu haqda çox düşündü, nəticədə bir nəfər qurban gedəcəkdi. Beləliklə, gənc Parkerin neçə gündür ki, huşsuz vəziyyətdə olması onun taleyini həll etdi.

Yaşamağın başqa yolunun olmadığını düşünən Dadli və Stivens Parkeri öldürdü. Əvvəlcə, Bruks buna qarşı çıxsa da, daha sonra onun özü də daxil olmaqla, üzvlər sağ qalmaq üçün hannibalizmə əl atdılar.

29 iyul tarixində heyətin sağ qalan üzvləri xilas edildilər. Britaniyaya qayıtdıqdan sonra bu hadisə haqqında çox qalmaqallı məqalələr yazıldı və Dadlinin ekipajının məhkəməsi başlandı.

Məhkəmə vaxtı gəldikdə ictimai rəy Dadli və Stivensin lehinə idi. Ədalət isə əksinə, zəruri müdafiəni qəbul etmirdi. 3 nəfərin xilası üçün birinin yeyilməsi – bunun doğru, yaxud yanlış olduğuna qərar vermək çətin idi. Müdafiə tərəfi məhkəmədə iddia edirdi ki, əgər ekipaj üzvləri oğlanın cəsədi ilə qidalanmasaydılar, yəqin ki, aclıqdan öləcəkdilər və o zamana qədər Parker çoxdan ölmüş olacaqdı.

Baxılan iş üzrə hakimlərin də fikirləri fərqli olmuşdur. Bəzi hakimlər son zərurət doktrinasını əsas gətirərək Parkerin öldürülməsinə haqq qazandırsa da, digər hakimlər qəti şəkildə fərqli mövqe nümayiş etdirirdilər. Onların fikrincə, şəxs öz yaşamaq şansınız artırmaq üçün başqa bir insanı öldürə və ya ölümünə səbəb ola bilməz.

Nəhayət, məhkəmə dostlara haqq qazandırmayaraq qərara gəlmişdir ki, bu cinayət əməli hesab olunmalıdır. Bununla belə, məhkəmə dostların düşdüyü çətin və ekstremal vəziyyəti nəzərə alaraq onlara 6 aylıq azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Onu da qeyd edək ki, bu hadisədən sonra Stivens öz ağlını itirmiş, Bruks isə ömrünü vicdan əzabı ilə başa vurmuşdur. “Hannibal Tom” ləqəbi verilən Dadli isə ömrünün sonuna kimi Parkerin ailəsinə yardım göndərmişdir.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

Ekstrasenslərə qarşı iddia (Rusiya)

Rusiyanın Omsk şəhər sakini şəxsi həyatı ilə bağlı məsələlərə kömək edəcəyinə söz verən ekstrasensləri məhkəməyə verərək  təzminat tələb etmişdir. Belə ki, iddiaçı 2017-ci ildə xanımı tərəfindən tərk edildikdən sonra sarsıntı keçirmişdir. Bundan sonra o, televizorda “Altıncı Hiss” adlı təşkilatın reklamını görmüş, reklam kişiyə peşəkar ekstrasenslər tərəfindən keçmiş xanımının ona geri dönməsi, eyni zamanda bəd nəzər, ziyan və lənətlərin aradan qaldırılması

Davamını oxu »

Meymun öz müəlliflik hüquqları uğrunda mübarizə aparır (ABŞ)

“Naruto Slaterə qarşı” işində Naruto adlı meymun təbiət fotoqrafının kamerası ilə çəkdiyi selfilərin müəlliflik hüquqlarının pozulması əsası ilə fotoqrafı məhkəməyə vermişdir. Mübahisə isə fotoqraf David Slater və nəşriyyat şirkəti “Wildlife Personalities” şirkətinin meymun selfilərini albom şəklində nəşr etdirməsi ilə başlamışdır. Narutonun təmsilçisi “PETA” şirkəti isə iddia edirdi ki, selfilər Slaterin köməyi olmadan bir sıra məqsədyönlü və könüllü hərəkətləri nəticəsində Narutonun

Davamını oxu »

İddia rekordçusu Ginnesin Rekordlar Kitabını da məhkəməyə verib (ABŞ)

Bu gün sizə məhkəməyə ən çox iddia vermiş şəxsdən – Conatan Li Riçesdən danışacağıq. Belə ki, o, 2006-cı ildən bəri ABŞ məhkəmələrində 2600-dən çox iddia qaldıraraq ümumilikdə 8 milyon dollara yaxın təzminat alıb. O, ilk iddiasını ona yaxşı baxmadığını əsas gətirərək anasına qarşı irəli sürüb və 20 min dollar təzminat qazanıb. Bu başlanğıc onu o qədər ruhlandırıb ki, o, dostunu,

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.