Şəxs vəsiyyətnamə qoymayıbsa, vəfat edəndə onun əmlakı kimə keçəcək?
Ölmüş şəxsin əmlakı başqa şəxslərə iki yolla keçə bilər: • vəsiyyətnamə üzrə • qanun üzrə Əgər ölmüş şəxs vəsiyyətnamə qoymamışdırsa, bu zaman onun əmlakı qanunla müəyyən edilmiş şəxslərə keçəcək. Yəni vəsiyyətnamə olmadıqda qanun özü müəyyənləşdirir ki, miras kimə çatsın. Qanun üzrə vərəsəliyin 5 növbəsi müəyyənləşdirilmişdir. • Birinci növbə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra […]
“1 ay işlə, sonra səninlə əmək müqaviləsi bağlayacağıq” vədi qanunvericiliyə uyğundurmu?
Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qadağandır. İşəgötürən tərəfindən qanunun tələbləri pozularsa, fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20,000 manatdan 25,000 manatadək məbləğdə cərimə edilirlər.
“Mən qiyabi təhsil alıram, işə yeni başlamışam. Əmək məzuniyyətinə nə vaxt çıxa bilərəm?”
Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən, aşağıda göstərilən şəxslər əmək müqaviləsinin nə vaxt bağlanmasından asılı olmayaraq məzuniyyətə çıxa bilərlər: • qadınlar hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra; • on səkkiz yaşına çatmamış işçilər; • müddətli hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilər; • əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik […]
“Mən analıq məzuniyyətindəyəm. Dövlətdən süd pulundan əlavə hər hansı ödəniş ala bilərəmmi?”
Sizin uşağın anadan olmasına görə 500 manat məbləğində birdəfəlik sosial müavinətdən (süd pulundan) əlavə olaraq, 3 yaşınadək uşağa qulluğa görə aylıq müavinət almaq hüququnuz vardır. Bu müavinəti almaq üçün işlədiyiniz müəssisəyə qismən sosial məzuniyyətə çıxmaqla bağlı ərizə təqdim etməlisiniz. Bəs göstərilən aylıq müavinətin məbləği nə qədərdir? • 1 yaş yarımadək uşağa qulluğa görə – 44 […]
“Arvad vəfat etmiş ərinin pensiyasını ala bilərmi?”
Bəli, ala bilər. Bunun üçün aşağıdakı iki şərtdən ən azı biri mövcud olmalıdır: 1) Qadın pensiya yaşına çatmış olmalıdır (yəni 63 il 6 ay); 2) Qadın orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmalıdır. Bununla birlikdə, əgər qadın ərinin 8 yaşına çatmamış uşaqlarına, bacılarına, qardaşlarına, nəvələrinə baxırsa və […]
İşğaldan azad edilmiş ərazilərdə çalışan hansı işçilərə 600 manat məbləğində birdəfəlik müavinət təyin edilə bilər?
Azərbaycan Respublikasının işğaldan azad edilmiş bölgələrində işləyən mütəxəssislər 600 manat məbləğində birdəfəlik sosial müavinət ala bilərlər. Aşağıdakı şərtlər olduqda həmin mütəxəssislərə birdəfəlik müavinət təyin olunur: 1) Mütəxəssislərlə əmək müqaviləsi bağlayan işəgötürən işğaldan azad edilmiş ərazidə vergi uçotunda olmalıdır; 2) Mütəxəssislərin əmək müqaviləsi bağladığı yer işğaldan azad olunmuş ərazidə yerləşməlidir; 3) Mütəxəssislər işğaldan azad olunmuş yerdə […]
Cinayət törətmiş şəxslərin müdafiə hüququ
Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinə əsasən, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (CPM) 12.3-cü maddəsinə əsasən, cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə […]
Fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faizlərdən vergi tutulma qaydası
2023-cü il fevralın 1-dən etibarən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faizlərdən 10% məbləğində vergi tutulmaqdadır. Belə ki, 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad hesab olunurdu. Nümunə: “A” adlı fiziki şəxs ilə “B” bankı arasında bağlanılmış əmanət müqaviləsinə əsasən, A illik […]
“Əmək müqaviləsi qüvvəyə minmədən işəgötürən tərəfindən işə cəlb edilməyim qanunidirmi?”
İnzibati Xətalar Məcələsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir. Eyni halların […]
“Yüklərim sürücünün ehtiyatsızlığı nəticəsində məhv olub. Kim məsuliyyət daşıyacaq?”
Yükdaşıma şirkəti ilə yüklərin daşınması barəsində müqaviləniz mövcuddursa və yükün zədələnməsi əşyanın qəbul edilməsi və onun daşınması arasındakı vaxtda baş vermişdirsə, sizin dəymiş zərərin əvəzinin ödənilməsi barəsində iddia qaldırmaq hüququnuz mövcuddur. Əgər yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı, yük göndərən və ya yük alanın təqsiri və ya göstərişi, daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısının […]