Fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faizlərdən vergi tutulma qaydası

2023-cü il fevralın 1-dən etibarən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faizlərdən 10% məbləğində vergi tutulmaqdadır. Belə ki, 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad hesab olunurdu. Nümunə: “A” adlı fiziki şəxs ilə “B” bankı arasında bağlanılmış əmanət müqaviləsinə əsasən, A illik […]
“Əmək müqaviləsi qüvvəyə minmədən işəgötürən tərəfindən işə cəlb edilməyim qanunidirmi?”

İnzibati Xətalar Məcələsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir. Eyni halların […]
“Yüklərim sürücünün ehtiyatsızlığı nəticəsində məhv olub. Kim məsuliyyət daşıyacaq?”

Yükdaşıma şirkəti ilə yüklərin daşınması barəsində müqaviləniz mövcuddursa və yükün zədələnməsi əşyanın qəbul edilməsi və onun daşınması arasındakı vaxtda baş vermişdirsə, sizin dəymiş zərərin əvəzinin ödənilməsi barəsində iddia qaldırmaq hüququnuz mövcuddur. Əgər yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı, yük göndərən və ya yük alanın təqsiri və ya göstərişi, daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısının […]
“Vəfat etmiş borclunun borclarını onun vərəsələri ödəməlidirmi?”

Vərəslər mirasqoyanın borclarını hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Borc verən şəxs Mülki Məcəllənin 501-ci maddəsinə uyğun olaraq öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər.
“Saxta profil sahibi tərəfindən mənə böhtanlar atılır. Onu hansı məsuliyyət gözləyir?”

İnternet informasiya ehtiyatında, o cümlədən sosial şəbəkələrdə saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma cinayət məsuliyyəti yaradır və 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə […]
“Qonşunun həyətində yetişən üzümlərin bizim həyətə keçən hissəsi bizim sayılırmı?”

Mülki Məcəllənin 174-cü maddəsinə əsasən, ağac və ya kol meyvəsi qonşunun torpaq sahəsinə düşdükdə həmin torpaq sahəsinin meyvəsi sayılır. Əgər mülkiyyətçi tikililər və üst tikililər olan torpaq sahələrində çıxıntılı budaqların olmasına yol verirsə, həmin budaqlarda yetişən meyvələrə onun hüququ çatır. Əlavə olaraq, əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti […]
“Qumar oynayan şəxslər üçün qanunla hansı məsuliyyət nəzərdə tutulur?”

İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 3000 manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsinə əsasən, “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) […]
“Kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evi tikmək mümkdündürmü?”

Kənd təsərrüfatı təyinatlı torpaq sahələrini təyinatından kənar istifadə etmək qanunvericiliklə qadağandır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlardır. Həmin torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Yalnız “Yaşayış məntəqələri” təyinatlı torpaqlar […]
“Binaların ümumi istifadədə olan yerlərində siqaret çəkilməsinə yol verilirmi?”

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun 10.1.16-cı maddəsinə əsasən, çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində tütün çəkilməsi qadağandır. İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən, həmin şəxslər 30 manat məbləğində cərimə edilirlər.
“Hicab taxdığım üçün işə götürülməməyim qanunidirmi?”

Hicaba görə işə götürməmək yolverilməz haldır va qanun pozuntusudur. Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.