Hicaba görə işə götürməmək yolverilməz haldır va qanun pozuntusudur. Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

Pos-terminal yoxsa “kartdan-karta köçürmə”?
Yəqin ki, mağazalarda, yaxud iaşə obyektlərində ödənişin karta köçürmə vasitəsilə həyata keçirilməsi tələbi ilə qarşılaşmısınız. Bəs bu tələb qanunidirmi? Quraşdırılmış POS-terminalın sahibkarlar tərəfindən istifadə edilməməsi vergidən yayınmaq məqsədi daşıyır və son nəticədə istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. Belə ki, kartdan-karta köçürmələrdə alıcıya çek təqdim olunmur və bununla da, o, gələcəkdə hüquqlarını tələb etmək, “ƏDV geri al” funksiyasından istifadə etmək hüququnu