Vərəslər mirasqoyanın borclarını hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Borc verən şəxs Mülki Məcəllənin 501-ci maddəsinə uyğun olaraq öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər.
Mənəvi zərərin ödənilməsi hansı hallarda tələb edilə bilər?
Şəxsə mənəvi zərər vurulması aşağıdakı hallarda özünü büruzə verə bilər: Qeyd edək ki, mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir və mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə də yol verilmir. Lakin, iddiaçının xeyrinə mənəvi zərərin tutulması barədə qətnamə qanuni qüvvəyə mindikdə və o, həmin məbləği alana kimi vəfat