Vəsiyyətnamədə nəzərdə tutulmayan şəxslərə mirasdan pay düşürmü?

Vəsiyyət edən şəxsin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Yəni vəsiyyət edən şəxs vəsiyyətnamədə həmin şəxsləri nəzərdə tutmasa belə, onlara mirasdan pay düşəcəkdir. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil edir. Misal çəksək, əgər qanun üzrə vərəsə kimi şəxsin 20.000 manat dəyərində […]
“Həkim səhvi nəticəsində xeyli miqdarda ziyana düşdüm. Hara şikayət edə bilərəm?”

Əgər siz özəl tibb müəssisəsində aldığınız xidmət ilə bağlı həkim səhvi nəticəsində hər-hansı maddi və (və ya) mənəvi cəhətdən zərər çəkmisinizsə və həmin tibb müəssisəsinin rəhbərliyinə və həkimə müraciətləriniz cavabsız qalmışdırsa, müvafiq sübutlar əlavə edilməklə, məhkəmədə maddi zərərin (əgər varsa, həmçinin mənəvi zərərin) qarşılanması ilə bağlı həm tibb müəssisəsi, həm də həkimi cavabdeh olaraq cəlb […]
Kommunal borca görə xəbərdarlıq edilmədən təchizatın dayandırılması qanunidirmi?

Kommunal xidmətlərin yazılı xəbərdarlıq edilmədən dayandırılması qanuni deyildir. Belə ki: 1) Elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində tam məbləğdə ödənilmədikdə elektrik enerjisinin verilməsi dayandırıla bilər; 2) Verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 ay müddətində […]
Borcverən aldığım borc məbləğinin məhkəmə qaydasında artırılmasını tələb edə bilərmi?

Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Bu o deməkdir ki, borcverən tərəfin hüququ vardır ki, borc öhdəliyinin icra edilməsi barədə işə baxmış məhkəməyə borc məbləğinin indeksasiya edilməsi barədə müraciət etsin. Bu indeksasiyanı sadə dildə bir növ inflyasiya nəzərə […]
“Barəmdə sosial şəbəkələrdə təhqir məzmunlu paylaşım edən şəxsi hansı cəza gözləyir?”

Təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma nəzərdə tutulur. Şəxsin şərəf və ləyaqətini nalayiq formada alçatmaq həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə, onu əhatənin, yəni dostlarının, tanışlarının gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Qanunvericiliyə əsasən, təhqir […]
İşçilərin yaradıcılıq məzuniyyəti hüququ

Əmək Məcəlləsinin 122-ci maddəsinə müvafiq olaraq, işləməklə yanaşı doktoranturada (adyunkturada) təhsil alan (o cümlədən doktoranturaya (adyunkturaya) daxil olmaq üçün) işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir. Bundan əlavə, dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının (yəni Elm və Təhsil Nazirliyi) qərarı ilə və arayışı əsasında 3 […]
İşəgötürən tərəfindən maaşın gecikdirilməsi

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödənc verilməlidir. Burada “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin […]
“Borc vermişəm, qaytarılmır. Nə etməliyəm?”

Verilmiş borcun məbləği 3.000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmayıbsa, borcverənin icra barədə tələbini almış borcalan 1 ay müddətində […]
“Mağazada mallar təsadüfən qırılsa və ya zədələnsə, bu zaman ödənişi mən etməliyəm?”

Mülki Məcəllənin 152-ci maddəsinə əsasən, əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçinin üzərinə düşür. Alıcıya kassa və ya əmtəə çekinin və ya malın ödənildiyini təsdiq edən digər sənədin verildiyi ana qədər malın mülkiyyətçisi mağaza sahibi olan sahibkar sayılır. Lakin qeyd edilməlidir ki, […]
Saxta nikahlar

Nikah aşağıdakı hallarda etibarsız, yəni saxta nikah hesab olunur: 1. Nikaha daxil olmaq istəyən şəxslər nikah yaşına (18 yaş, qanunla nəzərdə tutulan hallarda 17 yaş) çatmamışdırlarsa; 2. Nikah 1) yaxın qohumlar; 2) övladlığa götürülənlər və götürənlər; 3) ikisi və ya ikisindən biri başqa şəxslə nikahda olan şəxslər; 4) müvafiq xəstəliklər üzrə tibbi müayinədən keçməyən şəxslər; […]