Mənəvi zərərin ödənilməsi hansı hallarda tələb edilə bilər?
Şəxsə mənəvi zərər vurulması aşağıdakı hallarda özünü büruzə verə bilər: Qeyd edək ki, mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir və mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə də yol verilmir. Lakin, iddiaçının xeyrinə mənəvi zərərin tutulması barədə qətnamə qanuni qüvvəyə mindikdə və o, […]
“Məişət zorakılığına məruz qalmışam, nə edə bilərəm?”
Əgər Siz məişət zorakılığına məruz qalmısınızsa, ilk olaraq ərazi üzrə polis bölməsinə yaxınlaşaraq baş verən halla bağlı şikayət ərizəsi yaza bilərsiniz. Məişət zorakılığı törətmiş şəxs İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə, habelə əgər şəxsin əməlində cinayət tərkibi mövcuddursa, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilə bilər. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda […]
“İmzaladığım müqavilə o qədər kiçik hərflərlə yazılmışdı ki, tam oxuya bilmədim. Bu müqavilə etibarlı sayılırmı?”
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, müqavilənin standart şərtləri o zaman etibarlı sayıla bilər ki, müqavilədə standard şərtlərlə bağlı ayrıca qeyd olsun, digər tərəfə bu şərtlərlə tanış olmaq üçün şərait yaradılsın və digər tərəfin həmin şərtlərlə razı oduğu və qəbul etdiyi göstərilsin. Əks halda, müqavilənin hər hansı etibarlılığı olmayacaqdır. Onu da qeyd edək ki, müqavilənin standart […]
Birdəfəlik ödənilən müavinətlərin məbləği nə qədərdir?
“Sosial müavinətlər haqqında” Qanunun 4-cü maddəsi və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 14-cü maddəsi əsasında təyin edilən birdəfəlik müavinətlərin məbləğləri aşağıdakı kimidir:
“Qonşumun iti mənə hücum etdi və dişlədi, bu zaman qonşu məsuliyyət daşıyacaqmı?”
Qanunvericiliyə əsasən, ev heyvanları tərəfindən adamların dişlənməsi zamanı onlara dəyən ziyan və müalicə xərcləri heyvan sahibi tərəfindən ödənilməlidir. İtlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə, o cümlədən ev heyvanlarının insanların üzərinə saldırılmasına görə həmin heyvanların sahibləri 200 manat məbləğində cərimə edilirlər. Bundan əlavə, əgər bu əməllər zərərçəkmiş şəxsin sağlamlığına […]
İstifadə edilməyən məzuniyyət günlərinin əvəzi ödənilməlidirmi?
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Yəni işçi əsas məzuniyyətini istifadə edə bilməsə belə, həmin günlərə görə ödəniş almaq hüququ vardır. Onu da qeyd edək […]
İş vaxtından artıq görülən iş üçün ödəniş edilməlidirmi?
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: 1)əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; 2)əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq […]
Vəsiyyətnamədə nəzərdə tutulmayan şəxslərə mirasdan pay düşürmü?
Vəsiyyət edən şəxsin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Yəni vəsiyyət edən şəxs vəsiyyətnamədə həmin şəxsləri nəzərdə tutmasa belə, onlara mirasdan pay düşəcəkdir. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil edir. Misal çəksək, əgər qanun üzrə vərəsə kimi şəxsin 20.000 manat dəyərində […]
“Həkim səhvi nəticəsində xeyli miqdarda ziyana düşdüm. Hara şikayət edə bilərəm?”
Əgər siz özəl tibb müəssisəsində aldığınız xidmət ilə bağlı həkim səhvi nəticəsində hər-hansı maddi və (və ya) mənəvi cəhətdən zərər çəkmisinizsə və həmin tibb müəssisəsinin rəhbərliyinə və həkimə müraciətləriniz cavabsız qalmışdırsa, müvafiq sübutlar əlavə edilməklə, məhkəmədə maddi zərərin (əgər varsa, həmçinin mənəvi zərərin) qarşılanması ilə bağlı həm tibb müəssisəsi, həm də həkimi cavabdeh olaraq cəlb […]
Kommunal borca görə xəbərdarlıq edilmədən təchizatın dayandırılması qanunidirmi?
Kommunal xidmətlərin yazılı xəbərdarlıq edilmədən dayandırılması qanuni deyildir. Belə ki: 1) Elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində tam məbləğdə ödənilmədikdə elektrik enerjisinin verilməsi dayandırıla bilər; 2) Verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 ay müddətində […]