Sizin uşağın anadan olmasına görə 500 manat məbləğində birdəfəlik sosial müavinətdən (süd pulundan) əlavə olaraq, 3 yaşınadək uşağa qulluğa görə aylıq müavinət almaq hüququnuz vardır. Bu müavinəti almaq üçün işlədiyiniz müəssisəyə qismən sosial məzuniyyətə çıxmaqla bağlı ərizə təqdim etməlisiniz.
Bəs göstərilən aylıq müavinətin məbləği nə qədərdir?
• 1 yaş yarımadək uşağa qulluğa görə – 44 manat; • 1 yaş yarımdan 3 yaşınadək uşağa qulluğa görə – 28 manat.