Cinayət törətmiş şəxslərin müdafiə hüququ

Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinə əsasən, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (CPM) 12.3-cü maddəsinə əsasən, cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır.

Azərbaycan Respublikasında cinayət prosesində müdafiəçi qismində yalnız vəkillər çıxış edirlər. Maddələrdən də göründüyü kimi, törətdiyi cinayət əməlinin xarakterindən və ağırlıq dərəcəsindən aslı olmayaraq, bütün şəxslərin cinayət prosesi gedişində vəkillə təmin olunma hüquqları vardır.

Bəs dövlətlər cinayət törətmiş şəxsin müdafiə olunmaq hüququnu pozarsa, yəni şəxsi vəkillə təmin etməzsə, bunun nəticəsi nə olur?

Cinayət törətmiş şəxslərin müdafiə hüququnun dövlətlər tərəfindən təmin edilməməsi təkcə yerli qanunvericilik aktlarının deyil, həm də Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddələrinin pozuntusu deməkdir. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir.

Konvensiyanın 34-cü maddəsində isə ifadə edilmişdir ki, Avropa İnsan Hüquqları Məhkəməsi istənilən şəxsdən dövlətlər tərəfindən Konvensiyada və ya ona dair Protokollarda nəzərdə tutulmuş hüquqlarının pozulmasını iddia edən şikayətlər qəbul edə bilər. Dövlətlər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı və Məhkəmənin onların tərəf olduqları hər hansı iş üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.

Bir sözlə, əgər iştirakçı dövlətlər Avropa İnsan Hüquqları Konvensiyasında qeyd edilən cinayət törətmiş şəxsin müdafiə olunmaq hüququnu pozarsa, bu, konvensiyanın pozuntusu hesab edilir və hüquqları pozulmuş şəxs Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilər. Bu zaman Məhkəmə tərəfindən, həqiqətən də,  pozuntunun olması aşkar edilərsə, iş üzrə pozuntunu törədən dövlət üçün icrası məcburi olan qərar qəbul edilir.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

Mənəvi zərərin ödənilməsi hansı hallarda tələb edilə bilər?

Şəxsə mənəvi zərər vurulması aşağıdakı hallarda özünü büruzə verə bilər: Qeyd edək ki, mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir və mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə də yol verilmir. Lakin, iddiaçının xeyrinə mənəvi zərərin tutulması barədə qətnamə qanuni qüvvəyə mindikdə və o, həmin məbləği alana kimi vəfat

Davamını oxu »

“Məişət zorakılığına məruz qalmışam, nə edə bilərəm?”

Əgər Siz məişət zorakılığına məruz qalmısınızsa, ilk olaraq ərazi üzrə polis bölməsinə yaxınlaşaraq baş verən halla bağlı şikayət ərizəsi yaza bilərsiniz. Məişət zorakılığı törətmiş şəxs İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə, habelə əgər şəxsin əməlində cinayət tərkibi mövcuddursa, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilə bilər.  Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə yerli icra hakimiyyəti

Davamını oxu »

“İmzaladığım müqavilə o qədər kiçik hərflərlə yazılmışdı ki, tam oxuya bilmədim. Bu müqavilə etibarlı sayılırmı?”

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, müqavilənin standart şərtləri o zaman etibarlı sayıla bilər ki, müqavilədə standard şərtlərlə bağlı ayrıca qeyd olsun, digər tərəfə bu şərtlərlə tanış olmaq üçün şərait yaradılsın və digər tərəfin həmin şərtlərlə razı oduğu və qəbul etdiyi göstərilsin. Əks halda, müqavilənin hər hansı etibarlılığı olmayacaqdır. Onu da qeyd edək ki, müqavilənin standart şərtləri dedikdə əvvəlcədən işlənib hazırlanan,

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.