Ana səhifə ProDemos - Xalq üçün

Author: ProDemos - Xalq üçün (ProDemos - Xalq üçün)

Post
“The Ox-Bow Incident” – “Oks-Bouda münaqişə” (1943).

“The Ox-Bow Incident” – “Oks-Bouda münaqişə” (1943).

Rejissoru Uilyam Uellman olan bu 1943-cü il istehsalı vestern klassikası – “The Ox-Bow Incident”, kütlənin, təqsirsiz olub-olmamaları ilə maraqlanmadıqları müttəhimləri linç etməyə çalışmasından danışır. Bir fərziyə ilə ayağa qalxan qəsəbə sakinləri, qatil olduqlarını zənn etdikləri üç adamı tutub cəzalarını vermək üçün hərəkətə keçirlər. Ancaq aralarındakı iki kovboy, digərlərindən fərqli olaraq, bu hadisədən şübhə duymağa başlayırlar....

Post
Manisalı gənclər

Manisalı gənclər

Hər şey 25 dekabr 1995-ci ildə Türkiyənin Manisa bölgəsində 16 gəncin polis tərəfindən saxlanılması ilə başladı. Səbəb nə cinayət, nə də oğurluq idi. Əksəriyyəti orta məktəbin son sinif şagirdləri olan 16 gəncin saxlanılmasının tək səbəbi, bir vaqona “pullu təhsilə yox” yazmaqları idi. Bu gənclər polis şöbəsində 11 günlük dindirmə müddətində işgəncəyə məruz qaldılar və 2.5...

Post
“Səssiz Şahid” – Aqata Kristi.

“Səssiz Şahid” – Aqata Kristi.

“Səssiz şahid” Aqata Kristinin dramatikliyi ilə seçilən romanlarından biridir. Əsərdə Erkül Puaronun öz iti zəkası, fəhmi ilə daha bir cinayət hadisəsinin üstünü açmasından bəhs edilir. Bu cinayət də çox zaman olduğu kimi tamah məqsədilə törədilib. Həm də qatil bir özgəsi deyil, qurbanın yaxın qohumlarından biridir. Lakin bu, onlardan hansıdır? Çünki özündən sonraya xeyli miras qoyub...

Post
“Ölüm məhbusunun son günü”- Viktor Hüqo

“Ölüm məhbusunun son günü”- Viktor Hüqo

“Ölüm məhbusunun son günü” Viktor Hüqonun 1829-cu ildə nəşr olunmuş ilkin əsərlərindən olan qısa bir romanıdır. Əsərdə edama məhkum edilmiş şəxsin öz dilindən son günləri nəql edilir. Romanın əsas məqsədi edam qanununun faciəvi gerçəkliyini göz önünə sərməkdir. Edam sadəcə məhkum üçün deyil, eyni zamanda onun yaxınları üçün də bir faciə xarakteri daşıyır. Məzmun etibarilə olduqca...

Post
Maks Şrems Feysbuka qarşı

Maks Şrems Feysbuka qarşı

2015‐ci ilin fevralında avstriyalı fəal Maks Şrems Feysbuku həmin şirkətin Avropa üzrə qərargahının yerləşdiyi İrlandiyada məhkəməyə vermişdir. İddia tələbi onunla bağlı idi ki, istifadəçilərinin fərdi məlumatlarını əhatə edən Feysbuk resursunun ABŞ serverlərinə, dolayısı ilə, ABŞ xidmət orqanlarına göndərilməsi hüquqi cəhətdən düzgün deyildir. Bundan sonra işlə bağlı Avropa Ədalət Məhkəməsinə müraciət edilmişdir. Sentyabr ayında qəbul olunmuş Məhkəmənin...

Post
Ən yaxşı təklif (The best offer) ?

Ən yaxşı təklif (The best offer) ?

İzləyicilərinə 2013-cü ildə ilk dəfə İtaliyada təqdim olunmuş bu filmdə hadisələr tam fərqli şəkildə cərəyan etsə də, əslində, filmin rejissoru bir çox məsələlərlə yanaşı, böyük bir cinayətin necə hazırlanması və onun törədilməsini də təqdim edir. Filmin baş qəhrəmanı olan Virgil Oldman kiçik hiylələrə əl ataraq dünyaca məşhur qadın portretlərini auksiyonlardan satın alıb kolleksiyasına daxil edən...

Post
ABŞ Ədliyyə Nazirliyi “Volkswagen” şirkətinə qarşı

ABŞ Ədliyyə Nazirliyi “Volkswagen” şirkətinə qarşı

ABŞ‐ın Ədliyyə Nazirliyi bu yaxınlarda “Volkswagen” şirkətinə qarşı cinayət işi qaldırmışdır. Belə ki, bu şirkətin istehsal etdiyi yeni avtomobillərdə ekoloji normaları yan keçə bilən proqram təminatı quraşdırılmışdır. Həmin proqram təminatı sayəsində avtomobil yüksək sürətdə idarə olunarkən çölə buraxılan karbondioksid qazının miqdarı normadan artıq olurmuş. Məsələ ilə bağlı, ABŞ‐da ekoloji məsələlərə nəzarət edən dövlət qurumu 482000...

Post
“Başqalarının Həyatı” (Das leben der anderen)

“Başqalarının Həyatı” (Das leben der anderen)

İzləyicilərə 23 mart 2006-cı ildə ilk dəfə Almaniyada təqdim olunmuş bu filmin mövzusu tarixi hadisələrə söykənir. Berlin Divarının yıxılmasından 17 il sonra Şərqi Almaniya Sosialist Dövlətinin dayaqlarının laxlaması və çökməkdə olan rejimə qarşı mübarizə aparan incəsənət adamlarının həyatından bəhs edən bu film “Ən yaxşı xarici dilli film” nominasiyasında “Oskar” və bir çox məşhur mükafatların qalibi...