Film Con Kyusak, Cin Hekmen, Dastin Hoffman və Raşel Veisz kimi məşhurları bir araya gətirmiş və Con Qrişamın eyniadlı əsəri əsasında çəkilmişdir. Nyu-Orleanda vəhşicəsinə öldürüldükdən sonra, Cekob Vud həll olunmayan bir cinayət işinin qurbanına çevrilir. İki il sonra ərinin qanını yerdə qoymamaq qərarına gələn həyat yoldaşı Selest, bu qətldə böyük bir şirkəti günahlandırır. Selest şirkəti məhkəməyə verir və bu vəziyyətdə onu dürüst, vicdanlı və etibarlı bir vəkil müdafiə edir. Kimin qalib gələcəyi ilk gündən bəri aydın olan bu cinayət işi, Amerikada ədliyyə və hüquq institutlarının bağlı qapıları arxasında nələrin baş verdiyini insanlara göstərir. Bütün bunlar Münsiflər Heyətinin ətrafında baş verərkən, onun daxilində də bəzi qəribə hadisələr yaşanır. Münsiflərdən gənc bir adam iki tərəfin də vəkilləri ilə əlaqə qurur və istədiyi qədər pul ödəyən tərəfin lehinə qərar verəcəyini bildirir… Xoş izləmələr!

Leave a Reply

Your email address will not be published.