“Rəqəmsal İcra Hakimiyyəti” portalından istifadə

“Rəqəmsal icra hakimiyyəti” qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənmiş Hökumət portalıdır. “Rəqəmsal icra hakimiyyəti” portalı icra hakimiyyətləri tərəfindən göstərilən bir sıra xidmətləri rəqəmsal formatda vətəndaşlara təqdim edir, habelə icra hakimiyyətlərinə görüş üçün elektron formatda müraciət və aktual mövzular haqqında sorğular formalaşdırmaq imkanı yaradır.

Portal 4 bölmə üzrə fəaliyyət göstərir ki, bunlar da “Vətəndaş qəbulu” “Xidmətlər”; “E-iştirakçılıq”; “Məlumatlandırma” adlanır.

Portalın bütün imkanlarından istifadə etmək üçün “asan login” vasitəsilə qeydiyyatdan keçmək tələb olunsa da, bir çox xidmətlərdən qeydiyyatsız da yararlanmaq olar.

#ProdemosAzerbaijan #ELSAAzerbaijan#AzerbaijaniBarAssociation #Dövlət #Qanun #Hüquq#Məhkəmə

Leave a Reply

Your email address will not be published.