Ana səhifə Məxfilik siyasəti

Məxfilik siyasəti

Məlumatların toplanılması

ProDemos veb saytda yerləşdirilmiş “bizə müraciət edin” bölməsi vasitəsilə aşağıdakı fərdi məlumatlarınızı toplayır və işləyir:

– adınız, soyadınız, atanızın adı;

– təvəllüdünüz;

– əlaqə telefonunuz;

– elektron poçt ünvanınız;

– müraciətin mətnində qeyd etdiyiniz kimliyinizi birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat;

– qoşma olaraq əlavə etdiyiniz sənəddə qeyd edilmiş kimliyinizi birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat.

Bundan əlavə, ProDemos tərəfindən sizin kompüterinizin İP-ünvanı qeydə alınaraq, daxil olduğunuz səhifələr və cihazınız (cihazın adı, modeli, əməliyyat sistemi) haqqında məlumatlar toplanıb, işlənilə bilər.

Məlumatların istifadə olunması

ProDemos toplanılan məlumatlarınızı aşağıdakı məqsədlər üçün istifadə edir:

– müraciətinizin cavablandırılması və

– müraciətinizlə bağlı zəruri olan və qanunla qadağan olunmamış digər məqsədlər.

Bununla yanaşı, toplanılan məlumatlarınız saytın idarə olunması və inkişafı üçün analitik məqsədlərdə istifadə olunur.

Keçidlər

https://prodemos.az/ saytında digər veb-səhifə və mənbələrə aparan keçidlərə rast gələ bilərsiniz. Nəzərinizə çatdırmaq istəyirik ki, ProDemos həmin veb-səhifə və mənbələrin fərdi məlumatlarınızı qorumasına görə məsuliyyət daşımır və digər veb-səhifə və mənbələrə baş çəkərkən, məxfilik siyasətləri ilə tanış olmağınızı sizə məsləhət görür. Bu Məxfilik Siyasəti yalnız https://prodemos.az/ saytı vasitəsilə toplanılan məlumatlarınıza şamil olunur.

Məlumatlarınızın üçüncü şəxslərə ötürülməsi

Sizə aid fərdi məlumatlar https://prodemos.az/ saytından istifadə zamanı müraciətlərinizi cavablandıran şəxslərə ötürülür. “Bizə müraciət edin” bölməsindən istifadə edərək və bu Məxfilik Siyasətini qəbul edərək siz barənizdə məlumatların toplanması və işlənilməsinə razılıq bildirmiş hesab edilirsiniz.

Fərdi məlumatlarınız transsərhəd ötürülmür.

Yekun müddəalar

Fərdi məlumatlarınızın toplanılması və işlənilməsi ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli, № 998-IIIQ nömrəli “Fərdi məlumatlar haqqında” Qanunu (http://www.e-qanun.az/framework/19675) ilə tənzimlənir.

Bu Məxfilik Siyasəti ilə bağlı  hər hansı bir sualınız və təklifiniz varsa, bizə [email protected] elektron poçt ünvanı vasitəsi ilə müraciət edin.

Son yenilənmə tarixi: 09.11.2021