Maks Şrems Feysbuka qarşı

2015‐ci ilin fevralında avstriyalı fəal Maks Şrems Feysbuku həmin şirkətin Avropa üzrə qərargahının yerləşdiyi İrlandiyada məhkəməyə vermişdir.

İddia tələbi onunla bağlı idi ki, istifadəçilərinin fərdi məlumatlarını əhatə edən Feysbuk resursunun ABŞ serverlərinə, dolayısı ilə, ABŞ xidmət orqanlarına göndərilməsi hüquqi cəhətdən düzgün deyildir. Bundan sonra işlə bağlı Avropa Ədalət Məhkəməsinə müraciət edilmişdir. Sentyabr ayında qəbul olunmuş Məhkəmənin qərarına əsasən, ABŞ‐ın xidmət orqanlarına sosial şəbəkə vasitəsilə məlumatların ötürülməsi qanunsuz hesab olunmuşdur.

Qərarda deyilir ki, ABŞ qanunvericiliyi avropalıların fərdi məlumatlarının mühafizəsini lazımi səviyyədə təmin edə bilmir. Eyni zamanda, Avropa Ədalət Məhkəməsi Avropa İttifaqı ilə ABŞ arasında kommersiya məqsədləri ilə məlumatların mübadiləsi haqqında sazişin (Safe Harbour) qeyri‐qanuni olması barədə qənaətə gəlmişdir.

? Bəs siz necə düşünürsünüz? Xüsusilə, son zamanlar bir sıra mesajlaşma proqramlarının gizlilik qaydalarını pozması ilə bağlı məlumatlar tez-tez mediada əks olunur. Bu barədə fikirləriniz nədir?

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#KarabakhisAzerbaijan#birqərar#hüquq#ədalət#cəmiyyət#xalqüçün#qanun#məhkəmə#yurisdiksiya#dövlət#düşüncə#hüquqşünas

Leave a Reply

Your email address will not be published.