Haqqımızda

prodemos heyet

Biz Kimik?

“ProDemos-Xalq üçün”ün əsas məqsədi yerli qanunvericiliyin, qanunvericiliyə dəyişikliklərin, o cümlədən məhkəmə qərarlarının əhaliyə sadə dildə izahı, həmçinin dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsidir.

Fəaliyyət istiqamətlərimiz

1.
Yerli qanunvericiliyin və məhkəmə qərarlarının sadə izahı üzrə maarifləndirici məzmunların, videoçarxların, o cümlədən qanunvericilik aktlarına edilmiş dəyişikliklərin sadə izahının öz əksini tapdığı nəşrlərin hazırlanaraq layihənin veb-saytında və sosial şəbəkə hesablarında paylaşılması

Aşağıdakı statuslardan birinə sahib olan həssas əhali qruplarına ödənişsiz ilkin hüquqi yardımın göstərilməsi və zəruri olduqda onların dövlət hesabına vəkillə təmin olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə birgə dəstəyin göstərilməsi:
– Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (yəni 1-ci və ya 2-ci dərəcə əlilliyi olan) və işləməyən şəxslər;
– ⁠18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
– ⁠İnsan alverinin qurbanları;
– ⁠Məişət zorakılığından zərər çəkmiş şəxslər;
– ⁠Valideynini itirmiş uşaqlar;
– ⁠Valideyn himayəsindən məhrum olunmuş uşaqlar;
– ⁠Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
– ⁠İşsiz kimi qeydiyyatda olan şəxslər;
– ⁠Maddi vəziyyəti yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olan və bu hal məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər (Qeyd edək ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manatdır).

Sadalanan məqsədlərə çatmaq üçün müxtəlif formatlı layihələrin icra edilməsi (məsələn, hüquq klinikası, hüquqi yardım aksiyası, podkast, təlim və s.).

İdarə Heyəti

Dəyərlərimiz

Ədalətlilik

Məsuliyyət

Nəticəyönümlülük

Sahiblənmə

Əməkdaşlıq

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.