26 may 2022-ci il tarixində Vəkillər Kollegiyasında “ProDemos – Xalq üçün” layihəsinin İdarə Heyəti ilə görüş keçirilmişdir.

26 may 2022-ci il tarixində Vəkillər Kollegiyasında “ProDemos – Xalq üçün” layihəsinin İdarə Heyəti ilə görüş keçirilmişdir.

Görüşdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov “ProDemos – Xalq üçün” birgə layihəsindən bəhs etmiş, tələbələrin bu tip layihələrdə fəal iştirak etməsinin əhəmiyyətini vurğulamışdır. O, layihənin işini müsbət qiymətləndirmiş və hüquqi maarifləndirmənin əhəmiyyətini vurğulamışdır. A. Bağırov həmçinin Vəkillər Kollegiyasının hüquq tələbələrinə həmişə dəstək olmağa hazır olduğunu da qeyd etmişdir.

Daha sonra “ProDemos – Xalq üçün” layihəsinin rəhbəri Fatimə Eyyub çıxış edərək son 5 ayda görülən işlər barədə, ödənişsiz hüquqi yardım göstərilmiş şəxslərin statistikası barədə məlumat vermiş və Kollegiyaya dəstək üçün təşəkkür etmişdir. O, həmçinin Kollegiya ilə birgə layihələr barədə məlumat vermiş, gələcəkdə bu layihələrin daha da genişləndirmək istədiklərini qeyd etmişdir.

Sonda İdarə Heyəti üzvləri Kollegiya ilə könüllü fəaliyyəti ilə bağlı müqavilə imzalamış və onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparmışlar.

#ProDemos #AzerbaijaniBarAssociation #ELSAAzerbaijan

Leave a Reply

Your email address will not be published.