İzləyicilərə 23 mart 2006-cı ildə ilk dəfə Almaniyada təqdim olunmuş bu filmin mövzusu tarixi hadisələrə söykənir. Berlin Divarının yıxılmasından 17 il sonra Şərqi Almaniya Sosialist Dövlətinin dayaqlarının laxlaması və çökməkdə olan rejimə qarşı mübarizə aparan incəsənət adamlarının həyatından bəhs edən bu film “Ən yaxşı xarici dilli film” nominasiyasında “Oskar” və bir çox məşhur mükafatların qalibi olmuşdur. Filmdəki hadisələr 1984-cü ildə HGW XX/7 kodlu agentin, kommunist baxışları və beynəlxalq aləmdə tanınması səbəbiylə dövlət nəzarətindən qaçan dramaturq Corc Dreymanın (Sebastian Kox) həyatının izlənməsi üçün casusluq etməsi ilə başlayır. Corc Dreymanın həyatının fonunda rejissor izləyicilərə təkcə incəsənət və sevgi ilə bağlı yox, həm də dövlət və ictimai münasibətlər, fərdlərin siyasi hadisələrə reaksiyası və ona qarşı mübarizəsi haqqında bir çox dəyərli fikirləri aşılayır. Xoş izləmələr!

Leave a Reply

Your email address will not be published.