İzləyicilərinə 2013-cü ildə ilk dəfə İtaliyada təqdim olunmuş bu filmdə hadisələr tam fərqli şəkildə cərəyan etsə də, əslində, filmin rejissoru bir çox məsələlərlə yanaşı, böyük bir cinayətin necə hazırlanması və onun törədilməsini də təqdim edir. Filmin baş qəhrəmanı olan Virgil Oldman kiçik hiylələrə əl ataraq dünyaca məşhur qadın portretlərini auksiyonlardan satın alıb kolleksiyasına daxil edən və heç bir fiziki obyektə əlcəksiz toxuna bilməyən biridir. Hadisələr onun insanlara qarşı fobiyası olan və qədim bir evin divarları arasında yaşayan Kler adlı bir qızla tanış olmasından sonra öz kulminasiya nöqtəsinə doğru irəliləyir. Bütün bu müddət ərzində Virgili maraqlandıran ən əsas məsələ isə, əşyalar kimi hisslərin də saxta olub ola bilməyəcəyi ilə bağlıdır. Bu sualın cavabını isə izləyicilər filmin final səhnəsində tapa biləcəklər. Xoş izləmələr!

Leave a Reply

Your email address will not be published.