“The Ox-Bow Incident” – “Oks-Bouda münaqişə” (1943).

Rejissoru Uilyam Uellman olan bu 1943-cü il istehsalı vestern klassikası – “The Ox-Bow Incident”, kütlənin, təqsirsiz olub-olmamaları ilə maraqlanmadıqları müttəhimləri linç etməyə çalışmasından danışır. Bir fərziyə ilə ayağa qalxan qəsəbə sakinləri, qatil olduqlarını zənn etdikləri üç adamı tutub cəzalarını vermək üçün hərəkətə keçirlər. Ancaq aralarındakı iki kovboy, digərlərindən fərqli olaraq, bu hadisədən şübhə duymağa başlayırlar.

Film az məkanda çəkilsə də, başından sonuna qədər gərginliklə izlənir. Qurbanlar, özlərini hakim yerinə qoyan cəlladlar və “iki daşın arasında” qalan azlıq arasında keçən hekayə ədalətin qane etmədiyi vəziyyətlərin insanların içindəki linç duyğularını neçə kor-koranə yönləndirdiyini çox gözəl ifadə edir. Onlar sorğu-sual etmədən haqlı olduqları qənaətinə gəlmişdir və sadəcə günahkarları “öldürmək” onları sakitləşdirəcəkdir.
Henri Fondanın azlıqdakı kovboylardan birini canlandırdığı film, alışılmış vestern filmlərindən biri deyil, əslində, haqqı olduğundan az dəyər görmüş əfsanəvi bir işdir.
Xoş izləmələr!

 

 

Leave a Reply

Your email address will not be published.