Kuryer olaraq işə cəlb edilən şəxslərlə əmək müqaviləsi bağlanılmalıdırmı?
Konstitusiya Məhkəməsi məsələ ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda, həmin münasibətlər məhz əmək münasibətləri hesab olunur və əmək müqaviləsinin bağlanılması məcburidir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması müvafiq məsuliyyətin yaranmasına səbəb olur. […]
“Ərimin maşınını etibarnamə olmadan sürdüyüm üçün cərimələndim. Bu qanuna uyğundurmu?”
Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) inzibati məsuliyyətə səbəb olur. Yəni əgər sizin ümumi mülkiyyət hüququna dair şəhadətnaməniz varsa, həmin nəqliyyat vasitəsini etibarnaməsiz idarə edə bilərsiniz. Bu halda Dövlət Yol Polisi tərəfindən […]
Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan nikaha xitam verilə bilməz. Bəs uşaq ölü doğularsa?
Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, “uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz” müddəası uşağın ölü doğulduğu və ya doğulduqdan sonra 1 il müddətində öldüyü halları da ehtiva edir. Yəni əgər uşaq ölü doğularsa və qadının razılığı yoxdursa, uşağın ölümündən sonra 1 il müddətində ər nikaha xitam […]
“Baş vermiş yol qəzası nəticəsində mənim və daha bir neçə şəxsin maşınına zərər dəyib. Sığorta təşkilatı hansı maşına dəymiş zərəri qarşılayacaq?”
Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının (yəni sığorta təşkilatının) bir sığorta hadisəsinə görə (yəni qəzaya görə) verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən (yəni 5000 manatdan) artıq ola bilməz. Əgər zərərçəkənlərə dəymiş zərərin ümumi məbləği 5000 manatı aşarsa, bu halda ödənilən məbləğ tərəflər arasında dəymiş zərərin həcminə uyğun olaraq […]
Bank tərəfindən borclunun əmək haqqından onun razılığı alınmadan tutma aparıla bilərmi?
Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından onun razılığı olmadan (akseptsiz qaydada) tutmanın aparılması mümkündür. Bununla birlikdə, Azərbaycan Respublikasının Konstitusiyasının 12, 16 və 35-ci maddələrinin, habelə Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin hüquqi mahiyyəti və məzmunu nəzərə alınmaqla, bu tutma əmək haqqının 50%-i həddini aşmamalıdır. İstinad: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi […]
Telefon danışıqları və yazışmalar qanuni sübut hesab edilirmi?
Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq […]
Vəsiyyətnamə qoyulmadığı halda da mirasdan məcburi pay tələb edilə bilərmi?
Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. Həmçinin qərarda qeyd […]
“Borclunun əmək haqqının 20 faizindən artıq həcmdə vəsaitin onun razılığı olmadan kreditor tərəfindən tutulması qanunsuzdur”
Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə əsasən, kreditora borclunun əməkhaqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada (yəni əlavə razılığı olmadan) pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti etibarsızdır. Belə ki, indiyə qədər banklar aralarında bağlanmış müqaviləyə istinad edərək kredit borcunun ödənilməsi üçün borclunun əməkhaqqının tam hissəsinə tutma yönəldirdilərsə, bundan sonra bu mümkün olmayacaq. İstinad: Azərbaycan Respublikası […]
Qarşılıqlı iddia üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək gərəklidirmi?
Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, Mülki prosessual qanunvericilikdə cavabdeh üçün nəzərdə tutulmuş prosessual müdafiə vasitələrindən biri də Mülki Prosessual Məcəllənin (MPM) 155-ci maddəsində müəyyən edilən ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia vermək hüququdur. Mediasiya isə mübahisələrin məhkəmədən kənar alternativ həlli yolu olmaqla tərəflər arasında münaqişə səviyyəsinin azaldılması, məsələlərin tərəflərin öz iradə və istəklərinə […]
Məcburi forma şərtinə riayət edilməməsi səbəbi ilə etibarsız olan müqavilə məhkəmə qaydasında etibarlı hesab edilə bilərmi?
Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Qanunvericiliyin müəyyən etdiyi forma tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli […]