Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmayan şəxslər dedikdə kimlər nəzərdə tutulur?
Müraciətdə qeyd edilmişdir ki, təcrübədə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməyə görə cinayət məsuliyyətinin yaranıb-yaranmaması mübahisəlidir. Belə ki, bir yanaşmaya görə, yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə […]
“Ərimlə birgə iştirak etdiyimiz oyunların nəticəsində əldə etdiyimiz pul ümumi mülkiyyətimiz hesab olunurmu?”
Birgə nikah dövründə şansa əsaslanan oyunlarda, mərclərdə və lotoreyalarda iştirak etmək üçün ödəniş edilmişdirsə, belə fəaliyyət nəticəsində əldə edilmiş gəlirlər də ər-arvadın birgə mülkiyyəti hesab olunur. Həmçinin Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, ərin (arvadın) intellektual fəaliyyəti nəticəsində, habelə nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və digər səylər nəticəsində əldə etdiyi gəlirlər ər-arvadın ümumi […]
Nikah dövründə alınmış sənədsiz ev boşanmadan sonra tərəflərdən birinin adına rəsmiləşdirilirsə, bu əmlak artıq ümumi əmlak hesab edilmirmi?
Ali Məhkəmənin mövqeyinə əsasən, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına dəyəri ödənilmiş, lakin nikah pozulduqdan sonra ərin (arvadın) sahibliyinə verilmiş, yaxud dövlət reyestrində onlardan birinin adına qeydə alınmış əmlak ər-arvadın ümumi əmlakı hesab edilməlidir. Bir sözlə, bu əmlak ər və arvadın birgə mülkiyyəti hesab olunduğu üçün nikah pozulduğu zaman tərəflər arasında bölünməlidir. İstinad: Azərbaycan […]
“Mənə bağışlanmış əmlakı nikah dövründə satdıq və əldə edilmiş vəsaitlə yeni əmlak aldıq. Boşanma zamanı həmin əmlak necə bölünəcək?”
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarında qeyd edilmişdir ki, əgər sizin ayrıca mülkiyyətiniz hesab olunan, satılan evin dəyəri alınan evin dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, onda həmin satılan evin dəyərinə bərabər hissədə əmlak sizin öz mülkiyyətiniz hesab olunacaq, geri qalan məbləğ ümumi mülkiyyət hesab olunduğundan qarşı tərəflə aranızda bölünəcək. […]
Hüquqi şəxsin filialı və nümayəndəliyi məhkəmə prosesində müstəqil tərəf kimi çıxış edə bilərmi?
Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, hüquqi şəxsin filial və nümayəndəliyi və ya hər hansı struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığından, müvafiq məhkəmə mübahisələrində hüquqi şəxsin adından yalnız əsasnamə və ya etibarnamədə nəzərdə tutulduğu halda çıxış edə bilər. Qeyd edək ki, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən […]
Mirasını qəbul edilməsi ilə bağlı xüsusi qəbul şərti və müddəti ləğv edildi
Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, vərəsəlik hüququnun hər hansı prosedur tələblərin müəyyən müddətdə həyata keçirilməməsi əsası ilə xitam edilməsi şəxsin mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Bu hüququn xüsusi qəbul müddətindən asılı olması mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Əgər şəxs bu […]
Ali Məhkəmə alimentin ödənilməsi ilə bağlı qərar qəbul edib
Qəbul edilmiş Qərardada əsasən, cavabdeh uşaqlarına ödədiyi alimentin 50 faizinin uşaqların qidalanması, məişət qayğılarının çəkilməsi, tərbiyəsi və təhsili üçün yetərli olmasını əsas gətirərək alimentin qalan hissəsinin uşaqların adına açılan bank hesabına köçürülməsi barədə məhkəməyə müraciət edə bilər. Nəzərə alınmalıdır ki, cavabdeh bununla bağlı müraciəti məhkəmənin alimenti təyin etməklə bağlı qətnaməsi qüvvəyə mindikdən sonra alimenti təyin […]
Vəkil və müştəri arasındakı müqavilələrə işin nəticəsindən asılı olaraq mükafatın ödənilməsi barədə müddəaların daxil edilməsi qanunidirmi?
Konstitusiya Məhkəməsi məsələ ilə bağlı qeyd etmişdir ki, hüquqi yardım göstərilməsi barədə müqavilələrlə razılaşdırılmış haqq (qonorar) və mükafat bir-birindən fərqlənir. Belə ki, haqq vəkilə nəticəsindən asılı olmayaraq götürdüyü öhdəliklərlə bağlı yerinə yetirdiyi işlərə görə verilir. Mükafat isə görülmüş işin uğurlu nəticəsinə görə ödənilən əlavə ödənişdir. Vəkillərdən fərqli olaraq, hüquqi yardım üçün müraciət edən şəxslər işin […]
Şəxsin ölümü nəticəsində dəymiş mənəvi zərərə görə təzminat hüququ
Konstitusiya Məhkəməsi məsələ ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsinə müvafiq olaraq, şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququ vardır. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və […]
Ər-arvad boşandıqdan sonra onların borcları da bölünməlidirmi?
Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, ər-arvad hər birinin öhdəliyi üzrə yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) […]