Ali Məhkəmə alimentin ödənilməsi ilə bağlı qərar qəbul edib

Qəbul edilmiş Qərardada əsasən, cavabdeh uşaqlarına ödədiyi alimentin 50 faizinin uşaqların qidalanması, məişət qayğılarının çəkilməsi, tərbiyəsi və təhsili üçün yetərli olmasını əsas gətirərək alimentin qalan hissəsinin uşaqların adına açılan bank hesabına köçürülməsi barədə məhkəməyə müraciət edə bilər.

Nəzərə alınmalıdır ki, cavabdeh bununla bağlı müraciəti məhkəmənin alimenti təyin etməklə bağlı qətnaməsi qüvvəyə mindikdən sonra alimenti təyin etməklə bağlı qətnamə qəbul edən məhkəməyə edə bilər. Məhkəmə tərəfindən aliment ödəyən şəxsin alimentin 50 faizini bank hesabına köçürməklə bağlı tələbinə baxıldıqda aliment yenidən tutulmur və ya onun məbləği müəyyən edilmir, yalnız alimentin bir hissəsinin hansı qaydada ödəniləcəyi müəyyən olunur. Buna görə də bu işlərə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılaraq, müvafiq qərardad qəbul edilir. Bu, alimentin ödənilməsi ilə bağlı məsələlərin daha çevik və qısa müddətdə həllinə imkan verir. Əgər cavabdeh tərəfindən iddia ərizəsi ilə məhkəməyə bununla bağlı müraciət ünvanlanmışdırsa, bu zaman həmin iddia ərizəsi geri qaytarılmalı, əgər iş səhvən icraata qəbul edilmişdirsə, iş üzrə icraata xitam verilməldir.

Hər iki halda iddiaçıya məhkəmə qətnaməsinin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İstinad: Azərbaycan Respublikası Ali Məhkəməsinin 8 dekabr 2023-cü il tarixli Qərardadı.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

Hansı hallarda borca görə cinayət məsuliyyətinə cəlb edilə bilərəm?

Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, əgər şəxs məhkəmə qərarını yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra yenə də öhdəliyini qərəzli olaraq icra etməməyə davam edirsə, bu halda o, cinayət məsuliyyətinə cəlb edilə bilər. Belə ki, əgər məhkəmənin qərarında başqa bir müddət göstərilməyibsə, icra məmuru borcluya 10 gün müddətində könüllü icra üçün vaxt verir və bu barədə ona bildiriş göndərir. Borclu

Davamını oxu »

Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmayan şəxslər dedikdə kimlər nəzərdə tutulur?

Müraciətdə qeyd edilmişdir ki, təcrübədə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməyə görə cinayət məsuliyyətinin yaranıb-yaranmaması mübahisəlidir. Belə ki, bir yanaşmaya görə, yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş

Davamını oxu »

“Ərimlə birgə iştirak etdiyimiz oyunların nəticəsində əldə etdiyimiz pul ümumi mülkiyyətimiz hesab olunurmu?”

Birgə nikah dövründə şansa əsaslanan oyunlarda, mərclərdə və lotoreyalarda iştirak etmək üçün ödəniş edilmişdirsə, belə fəaliyyət nəticəsində əldə edilmiş gəlirlər də ər-arvadın birgə mülkiyyəti hesab olunur. Həmçinin Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, ərin (arvadın) intellektual fəaliyyəti nəticəsində, habelə nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və digər səylər nəticəsində əldə etdiyi gəlirlər ər-arvadın ümumi əmlakına daxil olduğundan müxtəlif oyunlar,

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.