Vəkil və müştəri arasındakı müqavilələrə işin nəticəsindən asılı olaraq mükafatın ödənilməsi barədə müddəaların daxil edilməsi qanunidirmi?

Konstitusiya Məhkəməsi məsələ ilə bağlı qeyd etmişdir ki, hüquqi yardım göstərilməsi barədə müqavilələrlə razılaşdırılmış haqq (qonorar) və mükafat bir-birindən fərqlənir. Belə ki, haqq vəkilə nəticəsindən asılı olmayaraq götürdüyü öhdəliklərlə bağlı yerinə yetirdiyi işlərə görə verilir. Mükafat isə görülmüş işin uğurlu nəticəsinə görə ödənilən əlavə ödənişdir. Vəkillərdən fərqli olaraq, hüquqi yardım üçün müraciət edən şəxslər işin hüquqi hallarını və uğurlu həll perspektivini dəyərləndirə bilmədiyindən, vəkilə ödəniləcək haqqın işin uğurlu həlli nəticəsində həmin şəxslərin əldə edəcəyi maddi vəsaitdən mükafat şəklində ödənilməsi onlar üçün daha əlverişli olur.

Azərbaycan Respublikasının qanunvericiliyi vəkilə ödənilən mükafatın mümkünlüyü və həddinə dair hər hansı məhdudiyyət müəyyən etmədiyindən müqavilə azadlığı prinsipinə əsasən, tərəflər müqaviləyə işin uğurlu nəticəsinə görə mükafat ödənilməsi barədə şərtlər daxil edə bilərlər.

Həmçinin nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməli, hüquqlarından sui-istifadə etməməlidirlər. Qanunvericilik hüquqdan sui-istifadə əsasında həyata keçirilən razılaşmaların və hərəkətlərin etibarsız olduğunu müəyyən edir. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, vəkilin müraciət edən şəxsin ağır vəziyyətə düşməsindən istifadə edərək onun üçün son dərəcə əlverişsiz ödəniş şərtləri ilə müqavilə bağlamağa nail olması ağır şərtli əqd olaraq etibarsız hesab edilə bilər.

İstinad: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin III hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 18 dekabr 2023-cü il tarixli Qərarı.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmayan şəxslər dedikdə kimlər nəzərdə tutulur?

Müraciətdə qeyd edilmişdir ki, təcrübədə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməyə görə cinayət məsuliyyətinin yaranıb-yaranmaması mübahisəlidir. Belə ki, bir yanaşmaya görə, yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş

Davamını oxu »

“Ərimlə birgə iştirak etdiyimiz oyunların nəticəsində əldə etdiyimiz pul ümumi mülkiyyətimiz hesab olunurmu?”

Birgə nikah dövründə şansa əsaslanan oyunlarda, mərclərdə və lotoreyalarda iştirak etmək üçün ödəniş edilmişdirsə, belə fəaliyyət nəticəsində əldə edilmiş gəlirlər də ər-arvadın birgə mülkiyyəti hesab olunur. Həmçinin Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, ərin (arvadın) intellektual fəaliyyəti nəticəsində, habelə nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və digər səylər nəticəsində əldə etdiyi gəlirlər ər-arvadın ümumi əmlakına daxil olduğundan müxtəlif oyunlar,

Davamını oxu »

Nikah dövründə alınmış sənədsiz ev boşanmadan sonra tərəflərdən birinin adına rəsmiləşdirilirsə, bu əmlak artıq ümumi əmlak hesab edilmirmi?

Ali Məhkəmənin mövqeyinə əsasən, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına dəyəri ödənilmiş, lakin nikah pozulduqdan sonra ərin (arvadın) sahibliyinə verilmiş, yaxud dövlət reyestrində onlardan birinin adına qeydə alınmış əmlak ər-arvadın ümumi əmlakı hesab edilməlidir. Bir sözlə, bu əmlak ər və arvadın birgə mülkiyyəti hesab olunduğu üçün nikah pozulduğu zaman tərəflər arasında bölünməlidir. İstinad: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.