Telefon danışıqları və yazışmalar qanuni sübut hesab edilirmi?

Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin (MPM) 76.3-cü maddəsi ilə nəzərdə tutulan qanunu pozmaqla əldə olunmuş sübutlara aid edilə bilməz.

İstinad: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarı.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmayan şəxslər dedikdə kimlər nəzərdə tutulur?

Müraciətdə qeyd edilmişdir ki, təcrübədə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməyə görə cinayət məsuliyyətinin yaranıb-yaranmaması mübahisəlidir. Belə ki, bir yanaşmaya görə, yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş

Davamını oxu »

“Ərimlə birgə iştirak etdiyimiz oyunların nəticəsində əldə etdiyimiz pul ümumi mülkiyyətimiz hesab olunurmu?”

Birgə nikah dövründə şansa əsaslanan oyunlarda, mərclərdə və lotoreyalarda iştirak etmək üçün ödəniş edilmişdirsə, belə fəaliyyət nəticəsində əldə edilmiş gəlirlər də ər-arvadın birgə mülkiyyəti hesab olunur. Həmçinin Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, ərin (arvadın) intellektual fəaliyyəti nəticəsində, habelə nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və digər səylər nəticəsində əldə etdiyi gəlirlər ər-arvadın ümumi əmlakına daxil olduğundan müxtəlif oyunlar,

Davamını oxu »

Nikah dövründə alınmış sənədsiz ev boşanmadan sonra tərəflərdən birinin adına rəsmiləşdirilirsə, bu əmlak artıq ümumi əmlak hesab edilmirmi?

Ali Məhkəmənin mövqeyinə əsasən, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına dəyəri ödənilmiş, lakin nikah pozulduqdan sonra ərin (arvadın) sahibliyinə verilmiş, yaxud dövlət reyestrində onlardan birinin adına qeydə alınmış əmlak ər-arvadın ümumi əmlakı hesab edilməlidir. Bir sözlə, bu əmlak ər və arvadın birgə mülkiyyəti hesab olunduğu üçün nikah pozulduğu zaman tərəflər arasında bölünməlidir. İstinad: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.