“Baş vermiş yol qəzası nəticəsində mənim və daha bir neçə şəxsin maşınına zərər dəyib. Sığorta təşkilatı hansı maşına dəymiş zərəri qarşılayacaq?”

Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının (yəni sığorta təşkilatının) bir sığorta hadisəsinə görə (yəni qəzaya görə) verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən (yəni 5000 manatdan) artıq ola bilməz.

Əgər zərərçəkənlərə dəymiş zərərin ümumi məbləği 5000 manatı aşarsa, bu halda ödənilən məbləğ tərəflər arasında dəymiş zərərin həcminə uyğun olaraq bölüşdürülməlidir. Bu zaman zərərçəkənlər zərərin sığorta ilə qarşılanmayan hissəsinin ödənilməsini zərərvuran şəxsdən tələb edə bilərlər.

İstinad: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 aprel 2023-cü il tarixli Qərarı.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

Hansı hallarda borca görə cinayət məsuliyyətinə cəlb edilə bilərəm?

Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, əgər şəxs məhkəmə qərarını yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra yenə də öhdəliyini qərəzli olaraq icra etməməyə davam edirsə, bu halda o, cinayət məsuliyyətinə cəlb edilə bilər. Belə ki, əgər məhkəmənin qərarında başqa bir müddət göstərilməyibsə, icra məmuru borcluya 10 gün müddətində könüllü icra üçün vaxt verir və bu barədə ona bildiriş göndərir. Borclu

Davamını oxu »

Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmayan şəxslər dedikdə kimlər nəzərdə tutulur?

Müraciətdə qeyd edilmişdir ki, təcrübədə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməyə görə cinayət məsuliyyətinin yaranıb-yaranmaması mübahisəlidir. Belə ki, bir yanaşmaya görə, yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş

Davamını oxu »

“Ərimlə birgə iştirak etdiyimiz oyunların nəticəsində əldə etdiyimiz pul ümumi mülkiyyətimiz hesab olunurmu?”

Birgə nikah dövründə şansa əsaslanan oyunlarda, mərclərdə və lotoreyalarda iştirak etmək üçün ödəniş edilmişdirsə, belə fəaliyyət nəticəsində əldə edilmiş gəlirlər də ər-arvadın birgə mülkiyyəti hesab olunur. Həmçinin Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, ərin (arvadın) intellektual fəaliyyəti nəticəsində, habelə nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və digər səylər nəticəsində əldə etdiyi gəlirlər ər-arvadın ümumi əmlakına daxil olduğundan müxtəlif oyunlar,

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.