Qarşılıqlı iddia üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək gərəklidirmi?

Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, Mülki prosessual qanunvericilikdə cavabdeh üçün nəzərdə tutulmuş prosessual müdafiə vasitələrindən biri də Mülki Prosessual Məcəllənin (MPM) 155-ci maddəsində müəyyən edilən ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia vermək hüququdur. Mediasiya isə mübahisələrin məhkəmədən kənar alternativ həlli yolu olmaqla tərəflər arasında münaqişə səviyyəsinin azaldılması, məsələlərin tərəflərin öz iradə və istəklərinə uyğun, qarşılıqlı kompromis əsasında həll edilməsi məqsədini daşıyır. Bu səbəbdən, ilk iddia üzrə mediasiya prosesinin keçirilməsi və barışığın əldə edilməməsi qarşılıqlı iddia üzrə yenidən mediasiyanın keçirilməsi zərurətini aradan qaldırır. Qarşılıqlı iddianın öz-özlüyündə müstəqil mövcud olmaması, yəni onun verilməsi üçün mütləq qaydada ilkin iddianın olması və ilkin iddianın verilməsi zamanı MPM-in tələblərinə əməl olunması qarşılıqlı iddianın verilməsi zamanı həmin tələblərə əməl edilməsini lüzumsuz edir. 

Məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur.

İstinad:Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3-4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 dekabr 2022-ci il tarixli Qərarı.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

Hansı hallarda borca görə cinayət məsuliyyətinə cəlb edilə bilərəm?

Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, əgər şəxs məhkəmə qərarını yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra yenə də öhdəliyini qərəzli olaraq icra etməməyə davam edirsə, bu halda o, cinayət məsuliyyətinə cəlb edilə bilər. Belə ki, əgər məhkəmənin qərarında başqa bir müddət göstərilməyibsə, icra məmuru borcluya 10 gün müddətində könüllü icra üçün vaxt verir və bu barədə ona bildiriş göndərir. Borclu

Davamını oxu »

Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmayan şəxslər dedikdə kimlər nəzərdə tutulur?

Müraciətdə qeyd edilmişdir ki, təcrübədə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməyə görə cinayət məsuliyyətinin yaranıb-yaranmaması mübahisəlidir. Belə ki, bir yanaşmaya görə, yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş

Davamını oxu »

“Ərimlə birgə iştirak etdiyimiz oyunların nəticəsində əldə etdiyimiz pul ümumi mülkiyyətimiz hesab olunurmu?”

Birgə nikah dövründə şansa əsaslanan oyunlarda, mərclərdə və lotoreyalarda iştirak etmək üçün ödəniş edilmişdirsə, belə fəaliyyət nəticəsində əldə edilmiş gəlirlər də ər-arvadın birgə mülkiyyəti hesab olunur. Həmçinin Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, ərin (arvadın) intellektual fəaliyyəti nəticəsində, habelə nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və digər səylər nəticəsində əldə etdiyi gəlirlər ər-arvadın ümumi əmlakına daxil olduğundan müxtəlif oyunlar,

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.