“👍🏻” emojisi müqavilə şərtlərinə razılıq kimi qiymətləndirilib (Kanada)

2023-cü ilin iyun ayında Kanada məhkəməsi “WhatsApp” tətbiqi vasitəsilə göndərilən “👍🏻” emojisini müqavilə şərtlərinə razılıq verilməsi kimi şərh etmişdir. Alıcı Kent Miklboro fermer Kris Ektr ilə olan telefon danışığı nəticəsində fermerə müqaviləni “WhatsApp” tətbiqi vasitəsilə göndərmiş və “xahiş edirəm, müqaviləni təsdiq edin” mesajını yazmışdır. Fermer isə “👍🏻” emojisi ilə cavab vermiş, lakin sonradan öz öhdəliyini […]
Dostlarını yeyən ekipaj üzvlərinin məhkəmə işi (Britaniya)

Zəruri müdafiə çox zaman qəsdən adam öldürmə ilə nəticələndikdə əsaslı hesab edilmir və biz bunu “R / Dadli və Stivensə qarşı” işində rahatlıqla müşahidə edə bilərik. 1884-cü ildə içində kapitan Tomas Dadli, köməkçisi Edvin Stivens, matros Edmund Bruks və 17 yaşlı yunqa Riçard Parkerin olduğu yaxta Britaniyadan yola düşdü. 2 həftə sonra başlayan dəhşətli tufan […]
ABŞ Ədliyyə Nazirliyi “Volkswagen” şirkətinə qarşı (ABŞ)

Bu məhkəmə işində ABŞ‐nin Ədliyyə Nazirliyi “Volkswagen” şirkətini cinayətdə ittiham etmişdir. Belə ki, bu şirkətin istehsal etdiyi yeni avtomobillərdə ekoloji normaları pozan proqram təminatı quraşdırılmışdır. İddia edilmişdir ki, həmin proqram təminatı nəticəsində avtomobil yüksək sürətlə idarə olunarkən xaric edilən karbon dioksid qazının miqdarı normadan artıq olur. Məsələ ilə bağlı ABŞ‐də ekoloji məsələlərə nəzarət edən dövlət […]
Maks Şrems Feysbuk şirkətinə qarşı (İrlandiya)

2015‐ci ilin fevralında avstriyalı Maks Şrems Feysbuk sosial şəbəkəsini onun Avropa üzrə qərargahının yerləşdiyi İrlandiyada məhkəməyə vermişdir. İddia tələbi onunla bağlı idi ki, istifadəçilərinin fərdi məlumatlarını əhatə edən Feysbuk resursunun ABŞ serverlərinə, dolayısı ilə ABŞ xidmət orqanlarına göndərilməsi hüquqi cəhətdən düzgün deyildir. Bundan sonra işlə bağlı Avropa Ədalət Məhkəməsinə müraciət edilmişdir. Sentyabr ayında qəbul olunmuş […]
Əsrin məhkəməsi adlandırılan məhkəmə işi (ABŞ)

Bu məhkəmə işinə “Əsrin məhkəməsi” adı verilmişdi. Belə ki, O.C.Simpson adlı şəxs 1994-cü ildə keçmiş həyat yoldaşı Nikol Braun Simpson və rəfiqəsi Ron Qoldmanın qətlinə görə 2 cinayət tərkibi ilə ittiham edilirdi. Bütün ölkənin gözü bu məhkəmə prosesində idi (95 milyon insan bu prosesi canlı izləyirdi). Məşhur müttəhim o vaxtlar “arzuların komandası” adlandırılan yüksək səviyyəli […]