Əsrin məhkəməsi adlandırılan məhkəmə işi (ABŞ)

Bu məhkəmə işinə “Əsrin məhkəməsi” adı verilmişdi. Belə ki, O.C.Simpson adlı şəxs 1994-cü ildə keçmiş həyat yoldaşı Nikol Braun Simpson və rəfiqəsi Ron Qoldmanın qətlinə görə 2 cinayət tərkibi ilə ittiham edilirdi.

Bütün ölkənin gözü bu məhkəmə prosesində idi (95 milyon insan bu prosesi canlı izləyirdi). Məşhur müttəhim o vaxtlar “arzuların komandası” adlandırılan yüksək səviyyəli vəkil heyəti ilə təmsil olunurdu və məhkəmədə indiyədək  görülməmiş sayda media nümayəndəsi yer alırdı. Məhkəmə işinin əhatə dairəsi o qədər geniş idi ki, 11 aya qədər davam edən məhkəmə prosesində bir neçə dəfə təxirə salınmalar və gecikmələr yaşanmışdı.

Məhkəmənin işi şahidlərin öz ifadələrini mətbuata satmağa başlamasından sonra daha da çətinləşdi. Münsiflər heyətini seçmək də çox mübahisəli məsələyə çevrilmişdi, çünki Simpsonun işinin gecə-gündüz işıqlandırılması bu cinayət işində tərəfsiz qala bilən münsifləri tapmağı daha da çətinləşdirirdi.

Məhkəmə prosesinin “Court TV” və digər xəbər agentlikləri tərəfindən televiziyada yayımlanması Amerika xalqını da məhkəmə zalına gəlməyə təşviq etmişdi. 1 ay davam edən uzun məhkəmə iclaslarından və ziddiyyətli şahid ifadələrindən sonra Simpson cinayətlərdə təqsirsiz elan edildi. Bu qərar xalq arasında böyük təəccüblə qarşılandı. Şəhərin afroamerikalı əhalisi qərarın ədalətli olduğunu müdafiə etsə də, ağdərililərin əksəriyyəti bunun yanlış olduğunu və əksəriyyəti afroamerikalı münsiflərdən ibarət olan məhkəmə tərkibinin irqi ayrı-seçkilik etdiyini düşünürdü.

Bununla birlikdə, Xanım Braun və Qoldmanın ailələri tərəfindən 1997-ci ildə yenidən açılan məhkəmə işində Simpson hər iki qətldə təqsirli  hesab edildi. Ailələrə ödənilməsi üçün ümumilikdə 33,5 milyon dollar təzminat hesablansa da, onlar bunun çox az hissəsini ala bildilər.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

Ekstrasenslərə qarşı iddia (Rusiya)

Rusiyanın Omsk şəhər sakini şəxsi həyatı ilə bağlı məsələlərə kömək edəcəyinə söz verən ekstrasensləri məhkəməyə verərək  təzminat tələb etmişdir. Belə ki, iddiaçı 2017-ci ildə xanımı tərəfindən tərk edildikdən sonra sarsıntı keçirmişdir. Bundan sonra o, televizorda “Altıncı Hiss” adlı təşkilatın reklamını görmüş, reklam kişiyə peşəkar ekstrasenslər tərəfindən keçmiş xanımının ona geri dönməsi, eyni zamanda bəd nəzər, ziyan və lənətlərin aradan qaldırılması

Davamını oxu »

Meymun öz müəlliflik hüquqları uğrunda mübarizə aparır (ABŞ)

“Naruto Slaterə qarşı” işində Naruto adlı meymun təbiət fotoqrafının kamerası ilə çəkdiyi selfilərin müəlliflik hüquqlarının pozulması əsası ilə fotoqrafı məhkəməyə vermişdir. Mübahisə isə fotoqraf David Slater və nəşriyyat şirkəti “Wildlife Personalities” şirkətinin meymun selfilərini albom şəklində nəşr etdirməsi ilə başlamışdır. Narutonun təmsilçisi “PETA” şirkəti isə iddia edirdi ki, selfilər Slaterin köməyi olmadan bir sıra məqsədyönlü və könüllü hərəkətləri nəticəsində Narutonun

Davamını oxu »

İddia rekordçusu Ginnesin Rekordlar Kitabını da məhkəməyə verib (ABŞ)

Bu gün sizə məhkəməyə ən çox iddia vermiş şəxsdən – Conatan Li Riçesdən danışacağıq. Belə ki, o, 2006-cı ildən bəri ABŞ məhkəmələrində 2600-dən çox iddia qaldıraraq ümumilikdə 8 milyon dollara yaxın təzminat alıb. O, ilk iddiasını ona yaxşı baxmadığını əsas gətirərək anasına qarşı irəli sürüb və 20 min dollar təzminat qazanıb. Bu başlanğıc onu o qədər ruhlandırıb ki, o, dostunu,

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.