Bu məhkəmə işində ABŞ‐nin Ədliyyə Nazirliyi “Volkswagen” şirkətini cinayətdə ittiham etmişdir. Belə ki, bu şirkətin istehsal etdiyi yeni avtomobillərdə ekoloji normaları pozan proqram təminatı quraşdırılmışdır. İddia edilmişdir ki, həmin proqram təminatı nəticəsində avtomobil yüksək sürətlə idarə olunarkən xaric edilən karbon dioksid qazının miqdarı normadan artıq olur.
Məsələ ilə bağlı ABŞ‐də ekoloji məsələlərə nəzarət edən dövlət qurumu 482.000 avtomobilin geri çağırılaraq texniki nasazlığın aradan qaldırılması tapşırığını vermişdir. Eyni zamanda, yoxlamalar nəticəsində müəyyən olmuşdur ki, sınaq zamanı avtomobillərin hava filtrləri normal işləsə belə, adi yol şəraitində qeyd olunan normalara avtomobil texniki baxımdan riayət edə bilmir. Nəticədə, havaya buraxılan tullantıların miqdarı normadan artıq olur. Qeyd edək ki, sözügedən problem 2009‐2015‐ci illər ərzində istehsal olunmuş dizel mühərrikli avtomobillərlə bağlı olmuşdur. Ümumilikdə, şirkətə tətbiq olunacaq cərimənin həcminin 18 milyard ABŞ dolları olacağı gözlənilir. Onu da qeyd edək ki, bir sıra digər ölkələr də alman avtokonserni barədə araşdırmalara başlamış və bu ölkələrin vətəndaşları şirkətə qarşı məhkəmələrə müraciət etmişdirlər.