Maks Şrems Feysbuk şirkətinə qarşı (İrlandiya)

2015‐ci ilin fevralında avstriyalı Maks Şrems Feysbuk sosial şəbəkəsini onun Avropa üzrə qərargahının yerləşdiyi İrlandiyada məhkəməyə vermişdir.

İddia tələbi onunla bağlı idi ki, istifadəçilərinin fərdi məlumatlarını əhatə edən Feysbuk resursunun ABŞ serverlərinə, dolayısı ilə ABŞ xidmət orqanlarına göndərilməsi hüquqi cəhətdən düzgün deyildir. Bundan sonra işlə bağlı Avropa Ədalət Məhkəməsinə müraciət edilmişdir. Sentyabr ayında qəbul olunmuş məhkəmənin qərarına əsasən, ABŞ‐nin xidmət orqanlarına sosial şəbəkə vasitəsilə məlumatların ötürülməsi qanunsuz hesab edilmişdir.

Qərarda qeyd edilmişdir ki, ABŞ qanunvericiliyi avropalıların fərdi məlumatlarının mühafizəsini lazımi səviyyədə təmin edə bilmir. Eyni zamanda Avropa Ədalət Məhkəməsi Avropa İttifaqı ilə ABŞ arasında kommersiya məqsədləri ilə məlumatların mübadiləsi haqqında sazişin (Safe Harbour) qeyri‐qanuni olması barədə qənaətə gəlmişdir.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

Şrift ölçüsü qərarın ləğvi üçün əsas ola bilərmi?

Türkiyə Ali Məhkəməsi maraqlı qərar qəbul edib. Belə ki, Ali Məhkəmə bütün rəsmi yazışmalarda “Times New Roman” şriftindən və şrift ölçüsü olaraq 12 punktdan istifadə edilməsi lazım olduğunu əsas gətirərək 8 punkt ölçüsündə yazılmış apellyasiya qərarını ləğv edib. Məhkəmə qərarında əsaslandırıb ki, apellyasiya məhkəməsinin istifadə etdiyi şrift ölçüsünün çox kiçik olması tərəflərə qərarın qərarın oxunmasında və başa düşülməsində çətinlik yaratmışdır.

Davamını oxu »

Ekstrasenslərə qarşı iddia (Rusiya)

Rusiyanın Omsk şəhər sakini şəxsi həyatı ilə bağlı məsələlərə kömək edəcəyinə söz verən ekstrasensləri məhkəməyə verərək  təzminat tələb etmişdir. Belə ki, iddiaçı 2017-ci ildə xanımı tərəfindən tərk edildikdən sonra sarsıntı keçirmişdir. Bundan sonra o, televizorda “Altıncı Hiss” adlı təşkilatın reklamını görmüş, reklam kişiyə peşəkar ekstrasenslər tərəfindən keçmiş xanımının ona geri dönməsi, eyni zamanda bəd nəzər, ziyan və lənətlərin aradan qaldırılması

Davamını oxu »

Meymun öz müəlliflik hüquqları uğrunda mübarizə aparır (ABŞ)

“Naruto Slaterə qarşı” işində Naruto adlı meymun təbiət fotoqrafının kamerası ilə çəkdiyi selfilərin müəlliflik hüquqlarının pozulması əsası ilə fotoqrafı məhkəməyə vermişdir. Mübahisə isə fotoqraf David Slater və nəşriyyat şirkəti “Wildlife Personalities” şirkətinin meymun selfilərini albom şəklində nəşr etdirməsi ilə başlamışdır. Narutonun təmsilçisi “PETA” şirkəti isə iddia edirdi ki, selfilər Slaterin köməyi olmadan bir sıra məqsədyönlü və könüllü hərəkətləri nəticəsində Narutonun

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.