Hansı hallarda borca görə cinayət məsuliyyətinə cəlb edilə bilərəm?

Breaking News Facebook Post 4

Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, əgər şəxs məhkəmə qərarını yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra yenə də öhdəliyini qərəzli olaraq icra etməməyə davam edirsə, bu halda o, cinayət məsuliyyətinə cəlb edilə bilər. Belə ki, əgər məhkəmənin qərarında başqa bir müddət göstərilməyibsə, icra məmuru borcluya 10 gün müddətində könüllü icra üçün vaxt verir və bu […]

Şrift ölçüsü qərarın ləğvi üçün əsas ola bilərmi?

Breaking News Facebook Post 20250124 152552 0000

Türkiyə Ali Məhkəməsi maraqlı qərar qəbul edib. Belə ki, Ali Məhkəmə bütün rəsmi yazışmalarda “Times New Roman” şriftindən və şrift ölçüsü olaraq 12 punktdan istifadə edilməsi lazım olduğunu əsas gətirərək 8 punkt ölçüsündə yazılmış apellyasiya qərarını ləğv edib. Məhkəmə qərarında əsaslandırıb ki, apellyasiya məhkəməsinin istifadə etdiyi şrift ölçüsünün çox kiçik olması tərəflərə qərarın qərarın oxunmasında […]

Ekstrasenslərə qarşı iddia (Rusiya)

Ekstrasenslere qarsi iddia Rusiya

Rusiyanın Omsk şəhər sakini şəxsi həyatı ilə bağlı məsələlərə kömək edəcəyinə söz verən ekstrasensləri məhkəməyə verərək  təzminat tələb etmişdir. Belə ki, iddiaçı 2017-ci ildə xanımı tərəfindən tərk edildikdən sonra sarsıntı keçirmişdir. Bundan sonra o, televizorda “Altıncı Hiss” adlı təşkilatın reklamını görmüş, reklam kişiyə peşəkar ekstrasenslər tərəfindən keçmiş xanımının ona geri dönməsi, eyni zamanda bəd nəzər, […]

Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmayan şəxslər dedikdə kimlər nəzərdə tutulur?

Cinayet mesuliyyetine celb etmeye imkan veren yas heddine catmayan yetkinlik yasina catmayan sexsler dedikde kimler nezerde tutulur

Müraciətdə qeyd edilmişdir ki, təcrübədə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməyə görə cinayət məsuliyyətinin yaranıb-yaranmaması mübahisəlidir. Belə ki, bir yanaşmaya görə, yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə […]

Meymun öz müəlliflik hüquqları uğrunda mübarizə aparır (ABŞ)

Meymun oz muelliflik huquqlari ugrunda mubarize aparir ABS

“Naruto Slaterə qarşı” işində Naruto adlı meymun təbiət fotoqrafının kamerası ilə çəkdiyi selfilərin müəlliflik hüquqlarının pozulması əsası ilə fotoqrafı məhkəməyə vermişdir. Mübahisə isə fotoqraf David Slater və nəşriyyat şirkəti “Wildlife Personalities” şirkətinin meymun selfilərini albom şəklində nəşr etdirməsi ilə başlamışdır. Narutonun təmsilçisi “PETA” şirkəti isə iddia edirdi ki, selfilər Slaterin köməyi olmadan bir sıra məqsədyönlü […]

“Ərimlə birgə iştirak etdiyimiz oyunların nəticəsində əldə etdiyimiz pul ümumi mülkiyyətimiz hesab olunurmu?”

Erimle birge istirak etdiyimiz oyunlarin neticesinde elde etdiyimiz pul umumi mulkiyyetimiz hesab olunurmu

Birgə nikah dövründə şansa əsaslanan oyunlarda, mərclərdə və lotoreyalarda iştirak etmək üçün ödəniş edilmişdirsə, belə fəaliyyət nəticəsində əldə edilmiş gəlirlər də ər-arvadın birgə mülkiyyəti hesab olunur. Həmçinin Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, ərin (arvadın) intellektual fəaliyyəti nəticəsində, habelə nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və digər səylər nəticəsində əldə etdiyi gəlirlər ər-arvadın ümumi […]

Nikah dövründə alınmış sənədsiz ev boşanmadan sonra tərəflərdən birinin adına rəsmiləşdirilirsə, bu əmlak artıq ümumi əmlak hesab edilmirmi?

Nikah dovrunde alinmis senedsiz ev bosanmadan sonra tereflerden birinin adina resmilesdirilirse bu emlak artiq umumi emlak hesab edilmirmi

Ali Məhkəmənin mövqeyinə əsasən, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına dəyəri ödənilmiş, lakin nikah pozulduqdan sonra ərin (arvadın) sahibliyinə verilmiş, yaxud dövlət reyestrində onlardan birinin adına qeydə alınmış əmlak ər-arvadın ümumi əmlakı hesab edilməlidir. Bir sözlə, bu əmlak ər və arvadın birgə mülkiyyəti hesab olunduğu üçün nikah pozulduğu zaman tərəflər arasında bölünməlidir. İstinad: Azərbaycan […]

“Mənə bağışlanmış əmlakı nikah dövründə satdıq və əldə edilmiş vəsaitlə yeni əmlak aldıq. Boşanma zamanı həmin əmlak necə bölünəcək?”

Mene bagislanmis emlaki nikah dovrunde satdiq ve elde edilmis vesaitle yeni emlak aldiq. Bosanma zamani hemin emlak nece bolunecek

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarında qeyd edilmişdir ki, əgər sizin ayrıca mülkiyyətiniz hesab olunan, satılan evin dəyəri alınan evin dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, onda həmin satılan evin dəyərinə bərabər hissədə əmlak sizin öz mülkiyyətiniz hesab olunacaq, geri qalan məbləğ ümumi mülkiyyət hesab olunduğundan qarşı tərəflə aranızda bölünəcək. […]

Hüquqi şəxsin filialı və nümayəndəliyi məhkəmə prosesində müstəqil tərəf kimi çıxış edə bilərmi?

Huquqi sexsin filiali ve numayendeliyi mehkeme prosesinde musteqil teref kimi cixis ede bilermi

Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, hüquqi şəxsin filial və nümayəndəliyi və ya hər hansı struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığından, müvafiq məhkəmə mübahisələrində hüquqi şəxsin adından yalnız əsasnamə və ya etibarnamədə nəzərdə tutulduğu halda çıxış edə bilər. Qeyd edək ki, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən […]

Mirasını qəbul edilməsi ilə bağlı xüsusi qəbul şərti və müddəti ləğv edildi

Mirasini qebul edilmesi ile bagli xususi qebul serti ve muddeti legv edildi

Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, vərəsəlik hüququnun hər hansı prosedur tələblərin müəyyən müddətdə həyata keçirilməməsi əsası ilə xitam edilməsi şəxsin mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Bu hüququn xüsusi qəbul müddətindən asılı olması mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Əgər şəxs bu […]

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.