1993-cü il istehsalı olan bu film Con Qrişamın eyniadlı kitabı əsasında çəkilib. Filmin ssenari müəllifi də, rejissoru da Alan C. Pakula olmuşdur. İki məhkəmə hakimi sui-qəsd qurbanı olmuşdur. Darbi Şou adlı bir hüquq tələbəsi bu ölümlərlə bağlı şübhələrini bir sənəddə toplayır. Lakin belə bir sənədin olması hökumət tərəfindən təəccüblə qarşılanır. Sənədi oxuyan bir FTB üzvü tezliklə məsələni aydınlaşdırmağa çalışır. Həmin sənədi oxuyan ABŞ Prezidentinin yaxın adamlarından biri də bu işin Prezidenti devirməyə qədər gedib çıxmasından qorxur. Bunlara qarşılıq, Darbi və ən az onun qədər iddialı bir jurnalist olan Qrey Qrenthem bütün həqiqətləri dünyaya çatdırmaq istəyir. Təbii ki, sağ qala bilsələr… Filmin baş rollarında Denzel Vaşinqton və Culia Roberts oynamışdır. Xoş izləmələr!

Leave a Reply

Your email address will not be published.