Verner Hersoqun rejissorluğu ilə çəkilən sənədli film edam cəzasına məhkum olunmuş və dünyaya vida etməyə hazırlaşan şəxslərin talelərindən bəhs edir. Film, Hersoqun özünün də dediyi kimi, “ruhun uçurumuna bir baxış”dır. Üç cinayətdə mühakimə olunan Maykl Perrinin, həmçinin rəfiqəsini və onun iki övladını bıçaqlayaraq öldürən Henk Skinnerin həyat hekayələrini göstərən Hersoq, məhbusların daxili dünyalarını anlamağa çalışarkən, düşündürücü nöqtələri də müəyyənləşdirir. Texas, Livinqston və Hantsvil şəhərlərindəki həbsxanalarda çəkilən bu sənədli filmdə məhkumlara da insan kimi yanaşılması mövzusu ələ alınır, buna baxmayaraq, onların cinayətləri üstə çıxarılmır. Xoş izləmələr!

Leave a Reply

Your email address will not be published.