“👍🏻” emojisi müqavilə şərtlərinə razılıq kimi qiymətləndirilib (Kanada)

2023-cü ilin iyun ayında Kanada məhkəməsi “WhatsApp” tətbiqi vasitəsilə göndərilən “👍🏻” emojisini müqavilə şərtlərinə razılıq verilməsi kimi şərh etmişdir.

Alıcı Kent Miklboro fermer Kris Ektr ilə olan telefon danışığı nəticəsində fermerə müqaviləni “WhatsApp” tətbiqi vasitəsilə göndərmiş və “xahiş edirəm, müqaviləni təsdiq edin” mesajını yazmışdır. Fermer isə “👍🏻” emojisi ilə cavab vermiş, lakin sonradan öz öhdəliyini icra etməmişdir. Nəticədə tərəflər arasında məhkəmə mübahisəsi yaranmışdır.

Alıcı fermerin “👍🏻” emojisini atması ilə onun müqaviləni təsdiqləmiş olduğunu iddia etsə də, fermer həmin emoji vasitəsilə sadəcə müqaviləni baxılmaq üçün qəbul etdiyini ifadə etdiyini qeyd etmişdir. Məhkəmə tərəflərin mövqeyini dinləyərək və işin hallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında baş tutmuş telefon danışıqları vasitəsilə fermer müqaviləyə olan marağını əvvəlcədən ifadə etmişdir. Bu proseslərin fonunda “WhatsApp” tətbiqi vasitəsilə müqavilə mətninin göndərilməsinə qarşılıq həmin emojinin göndərilməsi tərəfin müqaviləni təsdiqləməsi kimi şərh edilməlidir.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

Şrift ölçüsü qərarın ləğvi üçün əsas ola bilərmi?

Türkiyə Ali Məhkəməsi maraqlı qərar qəbul edib. Belə ki, Ali Məhkəmə bütün rəsmi yazışmalarda “Times New Roman” şriftindən və şrift ölçüsü olaraq 12 punktdan istifadə edilməsi lazım olduğunu əsas gətirərək 8 punkt ölçüsündə yazılmış apellyasiya qərarını ləğv edib. Məhkəmə qərarında əsaslandırıb ki, apellyasiya məhkəməsinin istifadə etdiyi şrift ölçüsünün çox kiçik olması tərəflərə qərarın qərarın oxunmasında və başa düşülməsində çətinlik yaratmışdır.

Davamını oxu »

Ekstrasenslərə qarşı iddia (Rusiya)

Rusiyanın Omsk şəhər sakini şəxsi həyatı ilə bağlı məsələlərə kömək edəcəyinə söz verən ekstrasensləri məhkəməyə verərək  təzminat tələb etmişdir. Belə ki, iddiaçı 2017-ci ildə xanımı tərəfindən tərk edildikdən sonra sarsıntı keçirmişdir. Bundan sonra o, televizorda “Altıncı Hiss” adlı təşkilatın reklamını görmüş, reklam kişiyə peşəkar ekstrasenslər tərəfindən keçmiş xanımının ona geri dönməsi, eyni zamanda bəd nəzər, ziyan və lənətlərin aradan qaldırılması

Davamını oxu »

Meymun öz müəlliflik hüquqları uğrunda mübarizə aparır (ABŞ)

“Naruto Slaterə qarşı” işində Naruto adlı meymun təbiət fotoqrafının kamerası ilə çəkdiyi selfilərin müəlliflik hüquqlarının pozulması əsası ilə fotoqrafı məhkəməyə vermişdir. Mübahisə isə fotoqraf David Slater və nəşriyyat şirkəti “Wildlife Personalities” şirkətinin meymun selfilərini albom şəklində nəşr etdirməsi ilə başlamışdır. Narutonun təmsilçisi “PETA” şirkəti isə iddia edirdi ki, selfilər Slaterin köməyi olmadan bir sıra məqsədyönlü və könüllü hərəkətləri nəticəsində Narutonun

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.